Sorğu
Оцените работу движка

07 Yan 18:28Hadise

Şəkidə 42 yaşlı kişi özünü tüfənglə vuraraq öldürüb

RESPUBLİKAXƏBƏR.AZ xəbər verir ki. Bu gün günorta saatlarında Şəki rayonunun Oxud kəndi ərazisində 1981-ci il təvəllüdlü kənd sakini Cumay Salamovun tüfəngdən açılan atəş nəticəsində xəsarət alması və xəstəxanaya aparılarkən yolda ölməsi barədə şəhər-rayon polis şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan RESPUBLİKAXƏBƏR.AZ-a verilən məlumata görə, ilkin araşdırmanın nəticələrinə əsasən, Cumay Salamov qardaşının idarə etdiyi “UAZ” markalı avtomobildə sərnişin qismində olarkən üzərindəki ov tüfəngi ilə ehtiyatsız davranıb və silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən vəfat edib. Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


RESPUBLİKAXƏBƏR.AZ
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi