Sorğu
Оцените работу движка

21 Sen 12:16Bolge-Xeberleri

Sabirabadda kişi yeznəsini ov tüfəngi ilə güllələyib öldürdü - RƏSMİ

Sabirabadda kişi yeznəsini ov tüfəngi ilə güllələyib öldürdü - RƏSMİ




Sentyabrın 20-də saat 6 radələrində Sabirabad rayonu ərazisində 1986-cı il təvəllüdlü Aqil Nəsirovun odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Respublikaxəbər.az-a Sabirabad rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, daxil olan məlumat əsasında, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qayını Zəka Nəsirovun qeyd edilən tarixdə ovda olarkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən Aqil Nəsirovun xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zəka Nəsirov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.






Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi