Sorğu
Оцените работу движка

17 Noy 11:03Hadise

Masallıda qonşusunun evindən 18000 manatlıq oğurluq edən şəxs saxlanılıb

Masallıda qonşusunun evindən 18000 manatlıq qızıl zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan RESPUBLİKAXƏBƏR.AZ-a verilən məlumata görə, Masallı rayonunun Bədəlan kəndində yerləşən evlərdən birindən 18 min manat dəyərində qızıl zinət əşyalarının və 40 manat pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin qonşusu Murad Əzizov olduğu müəyyən edilib.

Bundan əlavə, Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri saxlanılıb. Saxlanılan Anar Kərimov və onun narkotik vasitəni əldə etdiyi Renad Məmmədzadədən külli miqdarda metamfetamin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktlarla bağlı araşdırma aparılır.

Masallıda qonşusunun evindən 18000 manatlıq oğurluq edən şəxs saxlanılıb

RESPUBLİKAXƏBƏR.AZ
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi