Sorğu
Оцените работу движка

01 Sen 01:43Olke

Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər.

Bu gün ölkə də parlament seçkiləri keçirilir.


Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər.




RESPUBLİKAXƏBƏR.AZ xəbər verir ki, bir-neçə media nümayəndələri bu gün Millət vəkili seçkilərində seçkinin şəffaflığını müşahidə ediblər. Respublikaxəbər.az-a məlumat verən media nümayəndələri seçki barədə vəziyyəti aşağıdakı kimi izah ediblər. Bütün ərazilərdə müşahidəçilərin məlumatları, seçki prosesin hansı səviyyədə keçirilməsi barədə sosial şəbəkə istifadəçiləri məlumatlandırılır. Təbii ki, iş olan yerdə nöqsan qaçılmazdır. Tərtər-Ağdərə və Goranboy istiqamətlərində bütün seçki məntəqələrində fəallıq, seçici kütləsinin axını sözün həqiqi mənasında açıq-aydın nəzərə çarpırdı. Fürsətdən istifadə edib öz namizədlərini seçməyə gələn sakinlərlə söhbətləşmək qərarına gəldik. Səs verməyə gələn sakinlərə məntəqədə onlara müdaxilə və şəffaflıq barəsində suallarımız oldu. Seçicilər heç kimin onlara mane olmadığını, sərbəst şəkildə öz namizədlərinə səs verdiklərini diqqətimizə çatdırdılar. Eyni sualları məntəqələrdə Milli Məclisə namizədlərin nümayəndələrinə də ünvanladıq. Apardığımız müşahidələr bir daha sübüt etdi ki, heç bir müdaxilədən və digər xoşagəlməz hadisələrdən söhbət belə gedə bilməz. Əksinə, rayon sakinləri böyük ümidlə maneəsiz məntəqələrə daxil olaraq namizədlərini seçir və gələcək işlərində uğurlar arzulayırlar.
Biz də öz növbəmizdə parlament seçkilərində iştirak edən bütün namizədlərə mübariz və müdrik olduqlarına görə təşəkkür edirik. Xalqımıza və millətimizə xeyirli olsun.

Elman Nigaran




Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi