Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
15 Noy 22:53Hadise
"Gözümün içinə baxanda ayaqlarım yerdən üzüldü, göyə qalxdım" - "12-ci İmam"ın MƏHKƏMƏSİ
Özünü 12-ci imam kimi təqdim edərək dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Respublikaxəbər.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda iş üzrə iki zərərçəkmiş - Aydın Niftalıyev və Elnur Mehtiyev dindirilib. Bu zərərçəkmiş şəxslər də ifadələrində Aqil Babayevin ilahi qüvvəyə malik olduğuna inandıqlarını deyiblər.
Aydın Niftalıyevin dediyinə görə, ilk vaxtlar Aqil Babayevin ilahi qüvvəyə malik olduğuna şübhə ilə yanaşıb. Onun “möcüzəsini” gördükdən sonra isə inanmağa başlayıb: “Bir yerdə namaz qılırdıq, Aqil məndən irəlidə dayanmışdı. Namazı bitirdikdən sonra qəfildən geri çönüb dedi ki, sən mənə şəkk edirsən? Diqqətlə gözümün içinə baxmağa başladı. Bu vaxt ayaqlarım yerdən üzüldü, göyə qalxdım. Bu vaxt yanımda olan qaynım ikiəlli yapışıb soruşdu ki, hara qalxırsan? İnanın, məni tutub aşağı salmasaydı, göyə qalxırdım. Sonra nə olacaqdı, bilmirəm. Bundan sonra ona inanmağa başladım. Amma dəfələrlə görüşmək istəsəm də, qəbul etmirdi, ancaq futbol oyunlarında rastlaşırdıq. Hər matçdan sonra da adamları ayaqlarını masaj edirdilər”.
Zərərçəkmiş şəxs Aqil Babayevin başqa möcüzələrini də eşitdiyini deyib. Onun sözlərinə görə, həmin möcüzələrdən biri onun alovun üstündə oturaraq qanad çıxarması olub: “Odun üstündə çıxardığı qanadlar onun mələkləri olub. Həmin anın şəkilləri də var”.
Aydın Niftalıyev iddia edib ki, iş üzrə ona 71 min manat ziyan dəyib: “Mənə zəng edib dedi ki, evini sat gəl qibləyə. Qiblə haradır soruşanda, Əhmədli qəsəbəsini nəzərdə tutduğunu dedi. Deyirdi, Binəqədi günahların yeridi. Dedi ki, evimi satıb pulunu ona verim, söz verdi ki, həmin pula mənə qiblədən - Əhmədli qəsəbəsindən 150 kvadratlıq ev verəcək. Mən də o deyəni elədim, evi satıb pulu verdim”.
A.Niftalıyev ifadəsinin gedişində təqsirləndirilən şəxsin ünvanına təhqiramiz ifadələr işlədib. Məhkəmə buna görə ona xəbərdarlıq edib.
Digər zərərçəkmiş Elnur Mehtiyev isə Aqil Babayevlə 2004-cü ildə tanış olduğunu deyib. Bildirdiyinə görə, verdiyi müxtəlif suallara təqsirləndirilən şəxsin müdrik cavablar verməsi onda inam yaradıb. Elnur Mehtiyev iddia edib ki, iş üzrə ona 65 min manat ziyan dəyib. Həmin pulu Aqil Babayevə xeyriyyə məqsədilə verib: “Böyük bir iş götürmüşdüm, yaxşı gəlirim var idi. Bu ərəfədə Aqillə məsləhətləşdim. Dedi sən xeyir iş görürsən, buna görə özün də xeyriyyəçilik etməlisən. 2011-2014-cü illərdə xeyriyyə adı ilə ayda 1500-2000 manat aralığında pul vermişəm”.
Proses noyabrın 29-da davam etdiriləcək.
Xatırladaq ki, Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi