Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
19 Okt 14:59Ic-Siyaset
“Ata Abdullayev məndən “iPhone 11” istədi” - MƏHKƏMƏ
Bloqer Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin cinayət əməlləri üzrə ittiham aktı elan edilib.
Məlum olub ki, Ata Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Avropa Oyunları və Formula-1 yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib.
Abşeron rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 min manat istəyib. Onu Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.
Aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.
Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 min manat tələb edib.
Daha sonra hakim zərərçəkmiş Elmar Əliyevə söz verib. Zərərçəkmiş bildirib ki, Ata Abdullayev onun haqqında yalan və rüsvayedici faktlar paylaşıb:
“Mən özüm ingilis dilini bildiyimə görə bir sıra xarici şirkətlərdə mühasib kimi çalışmışam. “Bakı Şəhər Halqası” əməliyyat şirkətində çalışırdım. Biznes şərikimlə problemim yaranmışdı. O da Ata Abdullayevə zəng edib mənim haqqımda ittihamlar səsləndirib. Ata Abdullayevlə aramda 3 dəfə telefon danışığı olub. Birinci danışıqda məni dövlətin malını mənsəməkdə, “Formula-1”də işlədiyim müddətdə orada olan mebel və soyuducuları satmaqda ittiham edib. Ata Abdullayev məndən 10 min manat, daha sonra “iPhone 11 Pro Max” telefonu istədi”.
Zərərçəkmiş A.Abdullayevdən ona aldığı telefonu geri qaytarmasını tələb edib.
A.Abdullayev isə ona qarşı sürülən ittihamlarla razı olmadığını deyib.
Növbəti proses oktyabrın 26-na təyin edilib.
Qeyd edək ki, A. Abdullayev bu ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi