Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
03 Noy 10:47Hadise
ZƏRƏRÇƏKƏN SAHİBKARIN AZADLIĞI NƏ ÜÇÜN MƏHDUDLAŞDIRILIB?
Respublikaxəbər.az xəbər verir ki, Göyçay rayonunda sahibkarın bağına mütəşəkkil dəstə tərəfindən basqın edilmişdir. Lakin, cinayətkar dəstənin başçısı və üzvüləri azadlıqdadırlar. Belə ki, Göyçay rayonu, Potu kəndində yaşayan Nuriyev Məhi Asim oğlu redaksiyamıza zəng edərək,özünəməxsus bağına basqın edildiyini deyib və onun şikayətində bildirmək istədikləri ilə bağlı daha ətraflı tanış olmağımız üçün hadisə yerinə (Göyçay rayonuna) gəlməyimizi xahiş etdi. Biz də vətəndaşın xahişi əsasında Göyçay rayonuna gedərək onu və onun bağına nəzarət edən şəxsləri daha ətraflı dinlədik və baş vermiş hadisə ilə tanış olduq. Əvvəlcə bağa nəzarət edən şəxsləri dinlədik, Bağa nəzarət edən şəxslərdən Abışov Ceyhun Ağanur oğlu hadisəni danışarkən belə bildirdi ki, O, 2017-ci ildən hazırda işlədiyi Nuriyev Məhi Asim oğluna məxsus bağda ailəsi ilə birlikdə nəzarətçi kimi işləyir, 26 oktyabr 2022-ci il tarixdə təxminən saat 21 radələrində qəfildən işıqlar sönüb, O, arvadı Abışova İlhamə Oruc qızı və Əliəkbər Quliyev adlı digər nəzarətçi ilə bərabər traktorla bağın qapısı tərəfə gediblər, gedib qapıya çatdıqları zaman Əliəkbər Quliyev öncə traktordan enmiş, Ceyhun da traktoru kənarda saxlayaraq getdiyi zaman görmüşdür ki, işıqları söndürən qonşuda ferması olan (sahibkar) Əhmədov Habil adlı şəxs olub və özü də orada dayanıbmış. Həmin vaxt Əliəkbər Quliyev ilə Əhmədov Habilin aralarında mübahisə başladığını görmüşdür. Mübahisə zamanı Əhmədov əlindəki balta ilə Quliyev Əliəkbərə hücum çəkmiş, Əliəkbər də onun hücumundan özünü müdafiə etmək məqsədi ilə Əhmədov Habilə daş atmışdır. Əliəkbər Quliyevin atdığı daş Əhmədov Habilə müxtəlif bədən xəsarətləri yetirmiş, sonra onların aralarında mübahisə uzandığından bir-birlərinə atdıqları daşlardan bir-neçəsi də onun arvadına dəymiş və ona xəsarət yetirmişdir. Sonra Əhmədov Habil 7 nəfərdən ibarət olan dəstə çağırmış, Əliəkbər Quliyev isə onların mütəşəkkil olmasından vəonu döyəcəklərindən qorxaraq oradan qaçmışdır. Daha sonra Ceyhun Abışov arvadı ilə birlikdə yaşadıqları evə gəlmiş, həmin şəxslər isə Əhmədov Habilin çağırdığı mütəşəkkil dəstə isə hücum çəkərək onun özünün, ailəsinin və hətta Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azadlığı uğrunda qəhramancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlmiş, 1994-cü ildə şəhid olmuş qardaşı Abışov Hüsnü Ağanur oğlunun da ünvanına nalayiq söyüşlər söyərək onları təhqir və qısa zaman ərzində onları öldürəcəkləri barədə yüksək səslə qışqıraraq təhdid etmiş, bağa məxsus su-dərman aparatlarını, digər qab-qacaqları, evin pəncərələrini sındıraraq getmişdirlər. Nəticə etibarı ilə sahibkar Nuriyev Məhi Asim oğluna küllü miqdarda maddi və özlərinə də mənəvi ziyan vurmuşdurlar. Daha sonra Ceyhun,hadisə barədə rəhbərliyinə məlumat vermiş, məlumat verdikdən sonra rəhbərliyin DİN-nin 102-xidmətinə etdiyi zəng əsasında hadisə yerinə polislər gəlmiş, onları Göyçay RPŞ-nə apararaq dindirdikdən sonra gətirib evə qoyublar. Araşdırma zamanı Ceyhun Abışovun arvadı Abışova İlhamə Oruc qızı, ərinin dediklərinin tamamilə doğru olduğunu və əlavəsi olmadığını bildirdi.
Daha maraqlı və təəcübləndirici sahibkarın dedikləridir.
Sahibkarın dediklərini olduğu kimi Sizin diqqətinizə çatdırırıq:
Sahibkar- Göyçay rayonu, Potu kəndində yaşayan: Nuriyev Məhi Asim oğlu
Hörmətli Media nümayəndələri,
Məlumat üçün Sizə bildirirəm ki, rayonda mənə qarşı haqsızlıqlar baş vermiş, mənim bağıma mütəşəkkil dəstə tərəfindən basqın edilərək mənə küllü miqdarda maddi və mənəvi ziyan vurulmaısna baxmayaraq, nəticədə Göyçay RPŞ-nin İB-nin rəisi, cinayətkar dəstəni yox, məni 24 saat mənim azadlığımı qeyri-qanuni məhdudlaşdırmışdırmaqla RPŞ-nin MSY də saxlamışdır.
Belə ki, təfərrüatı ilə bildirirəm ki, rayonun Mirzəhüseynli kəndində yerləşən özüməməxsus bağ sahəmə Mirzəhüseynli kənd sakini Əhmədov Habil Yaqub oğlu və onunla bərabər cinayət əlaqələrinə girən digər 7 nəfər şəxs, daxil olaraq bağıma nəzarət edən şəxslərə hücum çəkərək basqın ediblər. Basqın edən şəxslər, ilk öncə elektrik cərəyanını dayandırmaq məqsədi ilə elektrik naqillərini kəsib, sonra daxil olublar. Basqın edən vaxt cinayətkar dəstə əllərindəki balta ilə nəzarət edən şəxslərdən biri olan Əliəkbər adlı şəxsə hücum çəkmişdirlər. Əliəkbər özünümüdafiə etmək məqsədi ilə Habil adlı şəxsin üzərinə onu qorxutmaq üçün daş atmış, həmin daş Habilin baş nayihəsinə dəyərək ona xəsarət yetirmişdir. Nəzarət edən şəxslər qarşı tərəfin çox olduqlarını gördükləri zaman, qorxularından qaçaraq oranı tərk ediblər. Nəzarətçilər getdikdən sonra cinayətkar dəstənin üzvləri bağda dərman çənlərini dağıtmış, qədim dövrə məxsus bir ədəd samovarı əzmiş, sonra gözətçilərin istirahəti üçün düzəldilmiş binaya daxil olaraq oradakı qab-qacaqları sındırmış, bir ədəd “SAK suvarka” aparatını sındırmış, iki ədəd də işıq generatorunu aparmışlar. İtən və oğurlanana əşyalar hal hazırda tam məlum deyil, araşdırdıqca üzə çıxır. Müşahidə Nəzarət kamerasının görüntülərinin müəyyən olunmaması üçün onun da yaddaş blokunu götürüblər. Nəzarətçilərin dediyinə görə hadisə vaxtı mübahisə təxminən yarım saat müddətində davam edib. Bundan sonra nəzarətçilər mənə zəng edərək məlumat veriblər. Mənə məlumat daxil olan kimi mən, DİN-nin 102 zəng xidmətinə zəng edərək məlumat vermişəm. Onu da qeyd edim ki,mən hadisə baş verdiyi gündən bir gün öncə şəxsi işlərimlə bağlı Paytaxt Bakı şəhərinə getmişdim. Nəzarətçilər mənə məlumat verdikləri zaman mən Bakı şəhərində olmuşam. Mən özüm gec çatacağıma görə tanışım Rüstəmov Natiq adlı şəxsə zəng edərək ondan xahiş etdim ki, mənim bağımda cinayət hadisəsi baş vermişdir, mən çatana qədər get hadisə ilə tanış ol. Tanışım Rüstəm də mənim avtomobilimi sürərək hadisə yerinə getmiş, çatdığı vaxt, cinayətkar dəstənin üzvləri maşını daşlayaraq maşınımı arxa tərəfdən əziblər. 27 oktyabr 2022-ci il tarixdə Bakı şəhərindən Bakı-Göyçay arası sərnişin daşıyan taksi fəaliyyəti ilə məşğul olan Samir adlı şəxsin Mersedes markalı avtomobili ilə geri qayıtdım. Bağa gedərək hadisə ilə yaxından tanış oldum, və SİAM.az saytına məlumat verdim, həmin saytın əməkdaşları hadisə yerinə gələrək mənim müsahibəmi alıb, videoçəklilişi sosial şəbəkələrdə (Youtube) SİAM,AZ-da paylaşaraq videonun altında qısa olaraq şikayət xarakterli yazı yazmışdırlar. Bakı şəhərində işlərim yarımçıq qalmasına görə təkrar Bakıya qayıtdım. İşlərimi tamamladıqdan sonra 28 oktyabrda rayona gəldim. Yolda olan zaman mənə 051 607 60 07 saylı mobil nömrədən zəng daxil oldu, zəngə cavab verən zaman mənə bir nəfər şəxs, özünü Göyçay RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Pünhan olduğunu bildirdi və mənə dedi ki, Siz 102 xidmətinə zəng etmisiz, izahat verməyinizi üçün Göyçay RPŞ-nə dəvət olunursunuz. Mən də dedim ki, hazırda Göyçaya gəlirəm, yoldayam. O da bildirdi ki, çatan kimi mütləıq Şöbəyə gəl, gözləyirəm. Mən Göyçaya çatan kimi Şöbəyə gəldim, ikinci mərtəbəyə çıxdım, adını bilmədiyim müstəntiq qəbul etdi, sonra İstintaqın rəisi Azad adlı polisin otağına apardı. Azad adlı polis, stolunun üzərindən bir vərəq qaldırdı, mən göstərdi ki, bunu sən yazmısan, mən də sosial şəbəklər vasitəsi ilə videonu paylaşmışdım. Mən də bəli, mən yazmışam deyən zaman Azad Pünhan adlı müstəntiqə bildirdi ki, bunu qoy içəri! Pünhan da mənim üzərimdəki bel kəmərini və digər əşyalarımı götürərək məni axşam saat 19 radələrində RPŞ-nin MSY-nə saldılar, səhəri gün yəni 29 oktyabr 2020-ci il saat 15:00 a qədər saxladılar. 15:00 da çıxardıb, izahat aldılar, axşam saat 19:00 da sərbəst buraxdılar.
02 noyabr 2022-ci il tarixdə Pünhan adlı müstəntiq bağıma gələrək əlindəki şəxsi mobil telefonu ilə fotoşəkillər çəkdi, mən ondan soruşdum ki, şəkilləri nə üçün çəkirsən? O isə bildirdi ki, sənə dəymiş maddi ziyanın qiymətləndirilməsi məqsədi ilə çəkirəm.
Odur ki, müraciətimi işıqlandırmağınızı, həmçinin hər an sahibkarlara dəstək duran və dəstək durulması üçün aidiyyatı üzrə göstərişlər verən, gecəsini-güzdüzə qatmaqla ər-arvad birlikdə yüksək səviyyədə xalqın qayğısına qalan ölkə rəhbərimiz cənab İlham Əliyev və Azərbaycan Respublikasının I-vitse-prezidenti, birinci xanım Mehriban Əliyeva başda olmaqla, bütün aidiyyatı orqanlara məlumat verməyinizi, bir sözlə işə hüquqi qiymət verilməsində köməklik göstərməyinizi Sizdən xahiş edirəm.
Nəticə etibarı ilə biz də redaksiya olaraq vətəndaşın qeyd etdikləri ilə bağlı səlahiyyətimiz çərçivəsində aidiyyatı qurumlara məlumat verərək, tam, obyektiv, qərəzsiz və hərtərəfli araşdırma aparılaraq işə hüququ qiymət verilməsini xahiş edəcəyik. Araşdırmanın sonunda isə qəbul olunmuş qərarla bağlı redaksiyamıza verilmiş cavabı da Sizin diqqətinizə çatdıracağıq.
Qarşı tərəfləri də dinləyərək onların da qeyd etdiklərini dərc etməyə hazırıq!
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi