Sorğu
Оцените работу движка

14 İyl 14:36Hadise

Tanınmış idmançının qətli ilə bağlı məhkəmə başlayıb

Tanınmış idmançının qətli ilə bağlı məhkəmə başlayıb


Tanınmış idmançı Zaur Yusifovu güllələyərək öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Samir Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Respubulikaxəbər.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Samir Şirəliyevin vəkili məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Vəkil vəsatətini Samir Şirəliyevin təhlükəsizliyinin təmin olunmasıyla əlaqələndirib.

Vəsatət təmin edilməyib.
Məhkəmə baxışı iyulun 28-ə təyin edilib.
Qeyd edək ki, hadisə bu il Nəsimi rayonu 6-cı mikrorayon ərazisində baş verib. Tanınmış idmançı, dünya çempionu Zaur Yusifov evinin yaxınlığında marketdə “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Zaur Yusifov "Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində təqsirləndirilib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Ötən ilin oktyabrında hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunmuş hökmə əsasən, hadisədə iştirakı sübut olunmadığı üçün Zaur Yusifova bəraət verilib.
Zaur Yusifovu qətlinin qisas məqsədilə törədildiyi istisna edilmir. Onu qətlə yetirən Samir Şirəliyev “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur.


Respubilkaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi