Yeni XəbərLər
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı
02.09
Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər.
01.09
Arxiv
Sorğu
Оцените работу движка
15 Mar 16:44Idman
“Emin 444”ün qohumunun öldürdüyü dünya çempionu dəfn edildi - YENİLƏNİB + FOTO
Dünən axşam saatlarında Bakıda güllələnərək öldürülən dünya çempionu Zaur Yusifov dəfn edilib.
Respublikaxeber.az-ın məlumatına görə, o, Binəqədi qəsəbəsində torpağa tapşırılıb.
Dəfndə onun ailə üzvləri, qəsəbə camaatı və idmançı dostları iştirak ediblər.
09:30
Bakıda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Hadisə martın 14-də Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Yusifov Zaur Əli oğlu odlu silahla güllələnərək qətlə yetirilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı Zaur Yusifov da tutulub.
Kikboks üzrə dünya çempionu Z.Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, H.Tağıyev 18 il müddətinə azadlıqdan məhrum olunub. Z.Yusifova isə qətldə iştirakı sübuta yetirilmədiyinə görə bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, qətlə yetirilən E.Səfərov kriminal aləmdə “Emin 444” kimi tanınıb.
Məlumata görə, S.Şirəliyev Emin Səfərovun xalası oğludur.
08:45
Bakıda kriminal avtoritet “Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov ötən gün axşam saatlarında öldürülüb.
Məlum olub ki, Zaur Yusifov 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində güllələnib. Kikboks üzrə dünya çempionu naməlum şəxs və ya şəxslər tərəfindən “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.
Xatırladaq ki, qətl gecə saatlarında baş verib. Kriminal avtoritet “Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov öldürülüb.
Yorum ekle
Xəbərlər
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43Asim Mollazadə Nəsimi rayonunda seçicilərlə növbəti kütləvi görüşünü keçirib. 17:57Asim Mollazadə Türk Dövlətləri Təşkilatının Beynəlxalq Müşahidəçilər Missiyası ilə görüşüb 14:24
Istifadəçi Girişi
Populyar Xəbərlər
Asim Mollazadə Türk Dövlətləri Təşkilatının Beynəlxalq Müşahidəçilər Missiyası ilə görüşüb
Elyaz Yazan, Tibb üzrə fəlsəfə doktoru, həkim- provizor, I Qarabağ Müharibəsi veteranı, Qazi, Məşədi, Kərbəlayi Hacı Abbası doktoru təbrik etdi
DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı
Asim Mollazadə Yasamalda seçicilərlə növbəti kütləvi görüşünü keçirib
Asim Mollazadə Nəsimi rayonunda seçicilərlə növbəti kütləvi görüşünü keçirib.
Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər.
İndi də mövzumuz YEVLAX VƏ BƏRDƏ, heç kimi salmasın Allah bu dərdə
ELYAZ YAZAN, ŞEYXULİSLAM HACI ALLAŞÜKÜR PAŞAZADƏ HƏZRƏTLƏRİNİ TƏBRİK ETDİ
BALAKƏNİN MEŞƏŞAMBUL KƏND BAXCASINDA UŞAQLARIN QİDASINI KİM YEYİR?
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB