Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
17 May 01:20Hadise
GÜNAH KİMDƏDİR? MİTSUBİSHİ-PAJERONUN SÜRÜCÜSÜ,YOXSA MERSEDESİN SÜRÜCÜSÜSÜ! YOXSA HƏR İKİSİ?
Binəqədi RPİ-nin DYPŞ-nin YNH-inspektoru polis leytenantı Maşallah Paşayevin qərarı ədalətlidir, yoxsa?
Redaksiyamıza müraciət edən Quba rayon, Xaltan kənd sakini Bünyatov Xosrov Əsədulla oğlu ona qarşı haqsızlıq edildiyini polisin və sığorta şirkətinin əməkdaşının qərəzli araşdırma apardığını, nəticədə ədalətsiz qərar qəbul edildiyini bildirib.
Belə ki, vətəndaş redaksiyamıza aşağıdakı şəkildə müraciət məktubu təqdim edib.
Müraciət məktubunun məzmununu və yol nəqliyyat hadisəsi yerinin qısa görüntüsünü Siz dəyərli izləyicilərə təqdim edirik.
Hörmətli Elyaz müəllim,
Yazıb Sizə bildirirəm ki, 07 may 2022-ci il tarixdə saat 16:00 da Binəqədi rayon ərazisində "DSK YOLU" deyilən ərazidə mənim idarə etdiyim Mitsubishi-Pajero minik markalı, 90 UX 768 DQN nişanlı avtomobilimə yol hərəkəti haqqında qanunun tələblərini pozan Mersedes markalı, 99 CB 623 DQN nişanlı avtomobil dəymiş, nəticədə avtomobilimə xeyli miqdarda Maddi ziyan vurmuşdur. Qeyd edərək bildirmək istəyirəm ki, hadisə yerinə "Azsigorta" Şirkətinin nümayəndəsi gəlmiş, həmçinin Binəqədi RPİ-nin YPB-nin əməkdaşı da gəldi, heç birimizin sərxoşluğunu müəyyən etmədən həftənin birinci günü gələrsiz deyərək sənədləri götürüb getdi
Sonradan atam bu məsələ ilə maraqlandığı zaman Binəqədi RPİ-nin DYP bölməsinə getdikdə, ona bir protokol vermiş, atam qərarı tələb etdikdə qərarı da vermişdir. Həmin protokolun və qərarın surətlərini əlavə etməklə bildirmək istəyirəm ki, qəbul edilmiş qərarı tamamilə qanunsuz və əsassız hesab edirəm. Ona görə ki, qərarda mənim idarə etdiyim avtomobilimlə törətdiyim inzibati xəta qeyd olunur. Qarşı tərəf, yəni yol hərəkəti haqqında qanunun tələblərini pozmaqla mənim avtomobilimə dəyən, və mənə xeyli miqdarda Maddi ziyan vuran şəxsin adı və ya avtomobil barədə qeyd edilməmişdir. Yəni ki, YPX-inspektoru qarşı tərəfin vəkili kimi onu müdafiə etmişdir. Bu arada onu da qeyd etmək istəyirəm ki, mən də yol hərəkəti haqqında qanunun tələblərini pozduğumu gizlətmirəm, lakin qarşı tərəf də yol hərəkəti haqqında qanunun tələblərini pozmuşdur. Nəticədə hər ikimizin avtomobilinə ziyan dəysə də, bir tərəf müdafiə olunur. Xahiş edirəm, həmin qərarın ləğv edilərək tam, obyektiv, qərəzsiz və hərtərəfli araşdırma aparılmaqla ədalətli qərar qəbul olunması üçün müraciətimi aidiyyatı qurumlara çatdırasınız, həmçinin xəbər portalınızda ictimailəşdirəsiniz.
İmza: Bünyatov.X.Ə
Qarşı tərəfi də dinləyib, mövqelərini dərc etməyə hazırıq!
Onu da qeyd edək ki, videomateriala baxdığınız zaman Siz də rəybildirə bilərsiniz. Bundan əlavə də vətəndaşın müraciəti əsasında Binəqədi rayonprokurorluğuna tərəfimizdən rəsmi məlumat məktubu ünvanlanacaqdır.
Respublikaxeber.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi