Sorğu
Оцените работу движка

19 Mar 15:41Hadise

Bakıda bu "Range-Rover"in sürücüsü öncə polisdən qaçdı - Sonra isə...

Bakıda bu "Range-Rover"in sürücüsü öncə polisdən qaçdı - Sonra isə...

Bakıda yol hərəkəti qaydalarını ardıcıl kobud şəkildə pozan və polislərin "Saxla" əmrinə tabe olmayan sürücü inzibati qaydada həbs edilib.

Respublikaxeber.az xəbər verir ki, bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Səbail rayonunda “Range-Rover” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxıb. Daha sonra sürücü yol polisinin saxla əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Həmin sürücü Xətai rayonu “Neapol” dairəsi adlanan ərazidə də kobud qayda pozuntusuna yol verərək polisin saxla işarəsinə məhəl qoymayıb.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin sürücüsünün şəxsiyyəti müəyyənləşdirilib.

Məlum olub ki, sürücü paytaxt sakini Orxan Əyyubovdur və o, saxlanılaraq polis şöbəsinə gətirilib. Sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

O.Əyyubov məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi