Sorğu
Оцените работу движка

13 Dek 10:50Bolge-Xeberleri

Polisin "saxla" əmrinə tabe olmayan sərxoş sürücü HƏBS EDİLDİ

Polisin "saxla" əmrinə tabe olmayan sərxoş sürücü HƏBS EDİLDİ

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerinə yetirilən tədbirlər zamanı qanunlara məhəl qoymayaraq tabesizlik göstərən sərxoş sürücü saxlanılıb.

Respublikaxeber.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları Balyand kəndi ərazisindəki stasionar postda prosedur qaydalarına uyğun olaraq “Mersedes” markalı yük avtomobilinə baxış keçirmək məqsədilə “Saxla” işarəsi veriblər. Həmin şəxs qanuni göstərişə məhəl qoymayaraq Cəbrayıl rayonu istiqamətində hərəkəti davam etdirib. Təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən həmin avtomobilin saxlanılması təmin edilib. Aparılan araşdırmalarla sürücünün Abşeron rayon sakini Elşən Abbasov olduğu və sərxoş vəziyyətdə avtomobili idarə etdiyi müəyyən edilib.

E.Abbasov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 30 sutka inzibati həbs edilib və bir il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi