Sorğu
Оцените работу движка

03 Yan 16:05Hadise

Yeni ilin ilk gecəsi Bakıda DAVA: İçkili şəxs polisin poqonunu cırdı

Yeni ilin ilk gecəsi Bakıda DAVA: İçkili şəxs polisin poqonunu cırdı

Bakıda 1999-cu il təvəllüdlü, Gürcüstan Respublikasının vətəndaşı Nadir Əfəndiyev (şərtidir) polisin poqonunu cırıb.

Respublikaxeber.Az-ın əldə etdiyi məlumata əsasən, hadisə bu ilin ilk günündə - 2022-ci ilin yanvarın 1-də baş verib.

Belə ki, həmin tarixdə 3-cü mikrorayon dairəsində yerləşən “Dəli Kür” kafesinin qarşısında, gecə saat 2 radələrində içkili vəziyyətdə olan Nadir söyüş söyərək nalayiq ifadələr işlədib.

Onun söyüş söyməsinə səbəb isə kafedən çıxarkən dostlarından biri ilə mübahisə etməsi olub.

Bundan sonra sahə inspektoru da daxil olmaqla bir neçə polis əməkdaşı həmin şəxsə yaxınlaşıb, qanuni tələblərini səsləndiriblər ki, ictimai qaydalara əməl etsin.

Nadir daha da aqressivləşərək polis əməkdaşları ilə əlbəyəxa olub. Əlbəyaxa zamanı polis əməkdaşlarından birinin poqonunu cırıb və təhqirlər səsləndirib.

Polis əməkdaşları həmin şəxsi polis idarəsinə aparmağa nail olublar.

Polis idarəsində təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib.

Həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib.

Məhkəmənin qərarı ilə onun barəsində 15 gün müddətinə inzibati həbs tətbiq edilib.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi