Sorğu
Оцените работу движка

14 Dek 10:01Dunya

Yerevanda Paşinyanın əleyhdarları aeroportun yolunu kəsdilər

Yerevanda Paşinyanın əleyhdarları aeroportun yolunu kəsdilər



Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etiraz aksiyasının iştirakçıları Yerevanda bir neçə dəqiqə ərzində “Zvartnos” aeroportu ərazisində dörd yolayrıcından birini bağlayıblar.

Bu barədə “Report” “Sputnik Armenia”ya istinadən xəbər verir.

Etirazçılar polisə onlara aksiyanın keçirilməsi üçün beş dəqiqə vaxt verməyi xahiş ediblər, onlar yolun bir hissəsini tərk ediblər, bundan sonra yolda hərəkət bərpa olunub. İştirakçılardan biri bildirib ki, etiraz aksiyaları Paşinyan və onun bütün komandasının istefasına qədər davam edəcək.

Yerevanda müxalifətin aksiyaları Paşinyanın Qarabağda atəşin dayandırılması haqqında sazişi imzalaması səbəbindən davam etdirilir.

Nazirlər Kabinetinin başçısının vəzifədən getməsini tələb edən müxalifət qüvvələri baş nazir vəzifəsinə ölkə hökumətinin keçmiş rəhbəri Vazgen Manukyanın namizədliyini irəli sürüb.



Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi