Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
22 Sen 17:36Dunya
Ermənistanda Paşinyan əleyhinə ümumxalq etiraz aksiyaları başlayır
Ermənistanın “Daşnaktsütyun”, “Çiçəklənən Ermənistan” və “Vətən” partiyası Baş nazir Nikol Paşinyanın siyasətinə qarşı ümumxalq etiraz aksiyası keçirəcəklərini elan ediblər.
Partiyaların birgə açıqlaması aysor.am saytından dərc edilib.
Müxalifətin mitinqi 8 oktyabr tarixində İrəvanın Azadlıq Meydanında keçiriləcək.
Aksiyanın təşkilatçıları Ermənistan vətəndaşlarının hökumətin fəaliyyətindən narazı olduqlarını qeyd ediblər.
2018-ci ildə hakimiyyətə gələn N. Paşinyanın komandası nəinki ölkədəki total korrupsiyanı aradan qaldırmağı bacarıb, əksinə özü cinayət sxemlərinin bir hissəsinə çevrilib.
“2018-ci ilin baharındakı ümummilli hərəkat ölkənin inkişafı üçün keyfiyyətcə yeni imkanlar yaratdı. Cəmiyyətdə, xüsusən keçmişdəki hadisələri geridə qoymaq, ölkədə ədaləti bərpa etmək və daha firavan gələcəyi təmin etmək üçün haqlı gözləntilər formalaşmışdı. Lakin son iki ildə ictimaiyyətin gözləntiləri özünü doğrultmadı. Hökumətin fəaliyyəti iflasa uğradı. Ölkənin inkişafı təhlükə altındadır. Hakim siyasi qüvvə dövlətçiliyimiz üçün yaranan çətinliklərə tab gətirmək iqtidarında olmadığını göstərdi”, - partiyaların hazırladığı birgə bəyanatda belə yazılıb.
Müxalifət partiyaları hesab edir ki, ölkədə “keyfiyyətcə milli hakimiyyətin formalaşması” zərurəti yaranıb.
Ermənistan parlamentində hakim “Mənim addımım” blokundan olan Suren Qriqoryan müxalifətin paytaxtda genişmiqyaslı mitinq təşkil etmək planlarına münasibət bildirib.
Parlamentari cəmiyyətdə narazılığın olduğunu etiraf edib. Bununla belə, o, hər bir vətəndaşın etiraz aksiyasında iştirak etmək hüququna sahib olduğunu qeyd edərək, etiraz aksiyalarının perspektivlərini qiymətləndirməkdən çəkinib.
“Bütün məsələlərdə yüzfaizli konsensus əldə oluna bilməz. Bizim üçün hər bir vətəndaşın narazılığı vacibdir”, - deyə S. Qrigoryan
Bundan əvvəl yayılan məlumatlara görə, Nikol Paşinyanın ailəsi Rusiyaya siqaret qaçaqmalçılığı mafiyası sxeminin bir hissəsinə çevrilib.
Qeyd edilirdi ki, qeyri-leqal yüklərin göndərilməsi üzrə sxemdə N. Paşinyanın qohumu və Ermənistan parlamentində “Mənim addımım” fraksiyasının deputatı Sipan Paşinyan da iştirak edib.
Yerli mediada yayılan xəbərlərə görə, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan və onun qardaşı Qraç Akopyan da qanunsuz ticarətlə məşğuldurlar.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ