Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
08 Sen 17:47Dunya
Avropa Məhkəməsi ermənilərin Ramil Səfərovla bağlı iddiasını rədd etdi
Avropa İnsan Haqları Məhkəməsi ermənilərin azərbaycanlı zabit Ramil Səfərovla bağlı növbəti iddiasını rədd edib.
Respublikaxəbər.az xəbər verir ki, Ermənistandan olan iki şikayətçi - Budapeştdə öldürülən erməni hərbçi Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyanın Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan və Macarıstana qarşı qaldırdığı iddia təmin edilməyib.
Avropa Məhkəməsi Ramil Səfərovun cinayəti şəxsi zəmində törətməsi ilə bağlı Macarıstan Məhkəməsinin hökmünə əsaslanaraq Azərbaycan dövlətinin Qurqen Marqaryanın qətlinə heç bir təsirinin olmadığı qənaətinə gəlib. Bununla yanaşı Avropa Məhkəməsi Macarıstanı da hər hansı bir məsuliyyətdən azad edib.
İddiaçıların vəkilləri Siranuş Saakyan və Levon Qoryan isə bu işin hüquqi əhəmiyyətini və bunun üçün böyük ictimai marağı nəzərə alaraq, Avropa Məhkəməsinin qərarı qüvvəyə minməzdən əvvəl Böyük Palataya şikayət edəcəklərini bildiriblər.
Xatırladaq ki, R.Səfərov 2004-cü ilin yanvarında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən üç aylıq ingilis dili kurslarına ezam olunub.
Vətənə dönməyə 20 gün qalmış, fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürüb. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub, Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilib və Prezident İlham Əliyev tərəfindən əfv olunub.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ