Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
19 İyl 09:57Dunya
Niderlandda Azərbaycan əleyhinə aksiya keçirən ermənilər ərazidən qovuldu - FOTO
İyulun 18-də Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin qarşısında 100-ə yaxın erməni nümayiş keçirib.
Səfirlikdən AZƏRTAC-a istinadən Respublikaxəbər.az-a bildirilib ki, əks-tədbir olaraq Azərbaycan icmasının nümayəndələri, onların ailə üzvləri, həmsərhəd Almaniya və Belçikada yaşayan soydaşlarımız əvvəlcədən səfirlik ərazisinə toplaşaraq, müvafiq plakatlar, holland və ingilis dilində şüarlar, son təxribat nəticəsində cəbhədə həlak olmuş hərbçilərin və mülki şəxsin şəkillərini nümayiş etdiriblər. Saat 3-də gələn erməni icmasının nümayəndələri azərbaycanlılar tərəfindən “Azərbaycan, Qarabağ” şüarları ilə qarşılanmış və səs gücləndirici vasitəsilə Azərbaycan himni və əsgər marşı ifa olunub. Daha sonra, Ermənistan tərəfindən işğal olunmuş ərazilər haqqında Niderland dilində məlumat verilərək onların adları bir-bir səsləndirilib.
Səfirliyin və Azərbaycan icmasının etirazlarına baxmayaraq, şəhər icra hakimiyyəti əvvəlcədən ermənilərə 7 saatlıq mitinq etməyə icazə verib. Bununla bağlı, səfir tərəfindən Niderland XİN-in protokol idarəsi və polis rəhbəri ilə bir neçə dəfə əlaqə saxlanılıb və nümayişin vaxtının azaldılması tələb edilib. Eyni zamanda, Azərbaycan icmasının nümayəndələri erməni icmasının nümayəndələri tərəfindən təxribata məruz qaldığı, onlara qarşı ermənilər tərəfindən şüşə butulkaların atılması polis tərəfindən qeydə alınıb. Səfirlik və icma tərəfindən göstərilmiş birgə müqavimət nəticəsində ermənilərin nümayişi cəmi 2 saat çəkib, polis əlavə olaraq əraziyə atlı polis və xidməti itləri gətirərək, ermənilərin etirazına baxmayaraq, onları ərazidən uzaqlaşdırıb. Beləliklə, ermənilərin mitinqi 7 saat əvəzinə 2 saat baş tutub və bu da onların narazılığına səbəb olub. Daha sonra, səfirlik ərazisində Azərbaycan icmasının nümayəndələri toplaşıb. Səfir Azərbaycan dövləti adından onlara təşəkkür edib, bu kimi tədbirlərdə birgə olmağa çağırış edilməklə yanaşı, son nöqtəyə qədər ermənilərə dirəniş göstərmək diqqətə çatdırılıb. Cavab olaraq, icma nümayəndələri dövlət başçısına öz sədaqətini bir daha ifadə edərək, “Vur, komandir, vur” deyərək Ali Baş Komandanın əmrini səbirsizliklə gözlədiklərini bildiriblər.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ