Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
03 Mar 15:36Dunya
Ermənistanda yeni prezidenti kimdir - baxaq, görək, Xaçaturun xançalı varmı?
Martın 3-ü Ermənistan parlamentində prezident seçkisi keçirilib.
Respublikaxeber.az xəbər verir ki, yeganə iddiaçı olan hakim Vətəndaş Sazişi Partiyasının namizədi Vaahn Xaçaturyan gizli səsvermədə 71 səs toplayaraq dövlət başçısı postuna mandat alıb. O, 10 gün ərzində and içərək səlahiyyətlərinin icrasına başlamalıdır.
Ermənistan parlamenti 107 deputatdan ibarətdir. Baş nazir Nikol Paşinyanın sədrlik etdiyi Vətəndaş Sazişi Partiyası qanunverici orqanda 71 mandatla təmsil olunur.
Müxalifət prezident seçkisini boykot edib. İkinci prezident Robert Köçəryana bağlı Ermənistan blokunun parlamentdə 29, üçüncü prezident Serj Sərkisyana bağlı “Qürurluyam” blokunun 6 mandatı var.
Vaahn Xaçaturyan 1959-cu il aprelin 22-də doğulub. İqtisadçıdır. “Razdanmaş” İstehsalat Birliyində çalışıb, “Mars” dövlət müəssisəsində baş direktorun müavini postunu tutub, paytaxt Yerevanın meri, Ermənistan prezidentinin müşaviri, parlamentin deputatı olub.
2000-ci ildən vətəndaş cəmiyyəti qurumlarında rəhbər vəzifələrdə işləyib, 2019-2021-ci illərdə bank sistemində fəaliyyət göstərib.
2021-ci il avqustun 4-dən yüksək texnologiyalar sənayesi naziri idi.
Əvvəlki prezident Armen Sərkisyan yanvarın 23-də istefa verib, fevralın 1-dən prezident səlahiyyətləri parlamentin sədri Alen Simonyana keçib.
7 il müddətinə seçilən prezidentin səlahiyyətləri məhduddur. Ermənistan Konstitusiyasına görə, prezident parlamentin qəbul etdiyi qanunları 21 gün ərzində imzalayır və yaxud həmin müddət ərzində Konstitusiya Məhkəməsinə müraciət edir. Konstitusiya Məhkəməsi qanunun konstitusiyaya uyğunluğuna rəy versə, prezident 5 gün ərzində onu imzalamağa borcludur. Əks halda həmin qanunu imzalamaq hüququ parlament sədrinə keçir.
Yeni seçilmiş parlament fəaliyyətə başlayan gün prezident hökumətin istefasını qəbul edir. Nazirlər Kabineti üzvləri baş nazirin təqdimatı ilə təyin olunur.
Prezident xarici siyasət sahəsində bu səlahiyyətlərə sahibdir: hökumətin təqdimatı ilə beynəlxalq müqavilələr bağlamaq; baş nazirin təqdimatı ilə xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələri təyin etmək və onları geri çağırmaq; xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndələrinin etibarnaməsini qəbul etmək.
Prezidentin ratifikasiya tələb etməyən beynəlxalq müqavilələri hökumətin təqdimatı ilə təsdiq və ləğv etmək, baş nazirin təqdimatı ilə ali diplomatik rütbələr vermək səlahiyyəti də var.
Silahlı Qüvvələrlə bağlı səlahiyyətlər belədir: baş nazirin təqdimatı ilə qoşunların ali komandan heyətini vəzifəyə təyin və vəzifədən azad etmək; baş nazirin təqdimatı ilə ali hərbi rütbələr vermək.
Vətəndaşlıq məsələlərinin həlli, əfv, orden və medallarla, fəxri adlarla təltif prezidentin səlahiyyətidir.
Prezident parlamentin təsdiqi gecikdirilən halda bəzi vəzifələrə müvəqqəti icraçı təyin edə bilər.
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib