Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
25 Yan 16:09Dunya
Dünya ölkələrində korrupsiya səviyyəsi açıqlandı - SİYAHI
Beynəlxalq Şəffaflıq Təşkilatı (“Transparency İnternational”) 2021-ci il üçün “Korrupsiya Qavrama İndeksi -2021” adlı hesabatını açıqlayıb.
Respublikaxeber.az Beynəlxalq Şəffaflıq Təşkilatının açıqladığı hesabata istinadən bildirir ki, Azərbaycan korrupsiyanın səviyyəsinə görə 30 balla 180 ölkə arasında 128-ci sırada yer alıb.
Məlumat üçün bildirək ki, hesabat 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.
Qeyd edək ki, illər üzrə müqayisə apara bilmək üçün ölkələrin yeri deyil, xalı daha vacib əhəmiyyət kəsb edir.
2015-ci ildə Azərbaycan 29 balla 168 ölkə sırasında 119-cu,
2016-cı ildə isə 30 balla 176 ölkə arasında 123-cü,
2017-ci ildə 31 balla 180 ölkə arasında 122-ci,
2018-ci ildə 25 balla 180 ölkə arasında 152-ci,
2019-cu ildə 30 balla 180 ölkə arasında 126-cı,
2020-ci ildə isə 30 balla 180 ölkə arasında 129-cu sırada yer alıb.
Azərbaycanın sonuncu hesabatda mövqeyi əvvəlki ilə müqayisədə 1 pillə yaxşılaşıb, topladığı bal isə dəyişməz qalıb.
Sıralamadakı mövqeyə gəldikdə isə qeyd edək ki, MDB və region ölkələri arasında ən yaxşı vəziyyət Gürcüstanda qeydə alınıb. Gürcüstanda ötən il korrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 48-ci sırada qərarlaşıb.
Keçmiş SSRİ və region ölkələri korrupsiya səviyyəsinə görə belə sıralanıblar:
– Estoniya – 15-ci yer (74 bal)
– Litva – 35-ci yer (61 bal)
– Latviya – 37-ci yer (59 bal)
– Gürcüstan – 48-ci yer (55 bal)
– Ermənistan – 57-ci yer (49 bal)
– Belarus – 82-ci yer (41 bal)
– Türkiyə – 101-ci yer (38 bal)
– Qazaxıstan – 103-cü yer (37 bal)
– Moldova – 107-ci yer (36 bal)
– Ukrayna – 123-cü yer (32 bal)
– Azərbaycan – 128-ci yer (30 bal)
– Rusiya – 139-cü yer (29 bal)
– Özbəkistan – 143-cü yer (28 bal)
– Qırğızıstan – 145-ci yer (27 bal)
– İran – 152-ci yer (25 bal)
– Tacikistan – 153-ci yer (24 bal)
– Türkmənistan – 171-ci yer (19 bal)
Dünyada korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkələr Danimarka (88 bal), Finlandiya (88 bal) və Yeni Zelandiya (88 bal) hesab olunur. Korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkələrin ilk onluğunu Norveç, Sinqapur, İsveç, İsveçrə, Niderland, Lüksemburq və Almaniya tamamlayır.
Ən pis vəziyyət isə Cənubi Sudan, Suriya, Somali, Venesuela, Yəmən, Şimali Koreya, Əfqanıstan, Liviya və Ekvatorial Qvineyada qeydə alınıb.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi