Sorğu
Оцените работу движка

20 Yan 11:05Dunya

Bu ölkədə koronavirus məhdudiyyətləri LƏĞV EDİLİR

Bu ölkədə koronavirus məhdudiyyətləri LƏĞV EDİLİR

Böyük Britaniyada COVID-19-a görə tətbiq olunan məhdudiyyətlər yanvarın 27-dən etibarən yumşaldılacaq.

Respublikaxeber.az xəbər verir ki, İcmalar Palatasındakı çıxışında Baş nazir Boris Conson ölkədə COVID-19 məhdudiyyətlərinin yanvarın 27-də yumşaldılacağını açıqlayıb.

O, təcridlə bağlı qaydaların martın 24-dək qüvvədə qalacağını xatırladıb və bu qaydaların yenidən yenilənməsinin gözlənilmədiyini bildirib.

Yanvarın 27-dən etibarən ölkədə qapalı məkanlara girmək üçün peyvənd və ya PCR test sənədi təqdim etmə öhdəliyi qaldırılacaq, bu məsələ iş yerlərinin qərarına buraxılacaq.

Orta məktəb şagirdlərindən daha sinif otaqlarında və ictimai nəqliyyatda sərnişinlərdən maska taxmaq tələb olunmayacaq.

Evdən işləmək rejimi artıq tətbiq edilməyəcək. Qocalar evlərinə qoyulan məhdudiyyətlər yumşaldılacaq.

Bununla belə, COVID-19 testi müsbət olan şəxslərdən karantin tələb olunacaq.

Conson çıxışında bu qərarları ictimaiyyətin düzgün seçim edəcəyinə inanaraq verdiyini bildirib.

Qeyd edək ki, ölkədə ən son məhdudiyyətlər koronavirusun “Omicron” variantının sürətlə yayılmasından sonra dekabr ayında tətbiq edilib.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: