Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
31 Avq 14:51Olke
Sabahdan bu MƏHDUDİYYƏTLƏR qüvvəyə minir - Baş nazir QƏRAR VERDİ
Sabah Sentyabr ayı başlanacaq. Nazirlər Kabinetinin qərarına əsasən bu tarixdən artıq yeni məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.
Respublikaxeber.az KONKRET.az-a istinadən məlumatına görə, bu dəfəki məhdudiyyətlərin əvvəlkilərindən fərqli cəhəti isə qadağaların COVID pasportu olmayanlar üçün qüvvədə olacağıdır.
Pasport tələb olunacaq məkanları bir daha təqdim edir.
Qeyd edək ki, bu tələb yaşı 18-dən yuxarı olan şəxsləri əhatə edir.
1. İctimai iaşə müəssisələri
2. Mehmanxanalar
3. İri ticarət mərkəzləri
4. Ali məktəblər
5. Orta ixtisas məktəbləri
Bəs, bu tələb hansı ictimai iaşə müəssisələrində qoyulacaq?
1. Şadlıq sarayları
2. Sağlamlıq-idman kompleksləri
3. Restoranlar
4. Kafelər
Gözəllik salonları və bərbərxanalarda COVID pasportu tələb olunmayacaq. Çünki onlar eyni anda insanların kütləvi xidmətlərindən istifadə etdiyi məkanlar hesab olunmur.
Qərarda COVID pasportu tələbinin iri ticarət mərkəzlərinə şamil olunması da onu deməyə əsas verir ki, pasportu olmayanlar kiçik mağazaların xidmətindən istifadə edə biləcək.
Bəzi məkanlarda müştərilərin girişi üçün məhdudiyyət olmasa da, bu heç də o demək deyil ki, həmin məkanlarda çalışanların da pasportsuz giriş-çıxışına imkan veriləcək.
Belə ki, qərarda bu iş yerlərində əməkdaşlarının azı 80 faizinin sentyabrın 1-dək COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir:
Bütün tibb və əczaçılıq müəssisələrinin
Bütün elm və təhsil müəssisələrinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq)
Eləcə də digər dövlət orqanlarının.
Bərbərxana, gözəllik salonları da vaksinasiya olunmayan müştərilərin üzünə açıq olsa da, bu xidmət sahəsində də işçilərdən peyvənd pasportu tələb olunacaq.
Qeyd edək ki, “Sentyabrın 1-dən koronavirus vaksini vurdurmayan şəxslər iri ticarət və ictimai iaşə obyektlərinə buraxılmayacaq. Peyvənd olunmayan şəxs obyektə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək”. Bu barədə açıqlamanı Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, əgər hər hansı qayda pozuntusu aşikar edilərsə məsuliyyəti həmin obyektin sahibi daşıyır.
“Polislər bu işə ciddi nəzarət həyata keçirəcək: Monitorinq qrupları yaradılacaq. Bu qruplarda xidmətə cəlb olunan polis əməkdaşları həm xidməti, həm də mülki geyimdə olacaqlar”.
İnzibati Xətalar Məcəllənin 211-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər üçün 200 manatdan 400 manatadək, vəzifəli şəxslər üçün isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib