Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
16 Yan 12:27Dunya
Ermənilər milli yeməklərimizi öz adlarına çıxırlar
Uzun illərdir Azərbaycan mədəniyyətinin ayrı-ayrı nümunələrini özününküləşdirməyə çalışan Ermənistan bizə məxsus milli yeməkləri də öz adına çıxarır. Dəfələrlə belə halların şahidi olmuşuq. Hətta onların çap etdirdikləri kitablarda da göstərilən yeməklərin demək olar ki, əksəriyyəti bizim mətbəxə aiddir. Müxtəlif dillərdə nəşr olunan bu kitablar vasitəsilə Ermənistan kulinariyasının təbliğatı aparılır.
Respublikaxeber.az xəbər verir ki, verilişlərin birində aparıcı ilə Ermənistanın məşhur müğənnilərindən olan Emmi Becanyan arasında keçən bu dialoq əslində Ermənistanın mətbəx saxtaxarlığının ən bariz nümunəsidir. Görüntülərdən də aydın olur ki, dolmanı öz milli yeməyi sayan erməni müğənni bu yemək haqqında bir kəlmə də danışa bilmir.
Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov deyir ki, Azərbaycan mətbəxinin ermənilər tərəfindən mənimsənməsi 1940-ci illərdən başlayıb. Onun sözlərinə görə, ermənilər bunu mətbəximiz haqqında geniş məlumatlar toplayaraq reallaşdırıblar. Onlar müxtəlif dillərdə kitablar çap edərək bizə məxsus milli yeməklərin onlara məxsus olduğuna inandırmağa çalışıblar.
Tahir Əmiraslanov deyir ki, erməni kulinar Boqos Piranyanın 1914-cü ildə erməni dilində nəşr olunmuş “Gənc aşpaz” kitabında 243 yemək resepti göstərilsə də, aralarında erməni yeməklərinə aid heç nə yoxdur. Onun sözlərinə görə, peşəkar aşpazın erməni tələbələr üçün yemək kitabı yazaraq erməni mətbəxindən bir dənə də olsun yemək reseptini təqdim etməməsi ümumiyyətlə Ermənistan mətbəxinin saxtakarlıq üzərində qurulmasını göstərir.
Tahir Əmiraslanov deyir ki, bundan sonra da bütün beynəlxaq platformalarda Ermənistanın saxtakarlıqlarına qarşı mübarizə aparılacaq.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi