Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
29 Okt 14:49Cemiyyet
İSMAYILLI RPŞ-NİN TƏHQİQATÇISININ ALİCƏNAB DAVRANIŞI MƏNDƏ POLİSƏ QARŞI OLAN İNAMI, GÜVƏNI,ETİBARI DAHA DA ARTIRDI
Respublikaxəbər.az-ın rəhbəri Elyaz Gülüyev,İsmayıllı rayonuna olan səfərindən qayıtdıqdan sonra İsmayıllı Rayon Polis Şöbəsinin, Təhqiqat Bölməsinin təhqiqatçısı Səfa Əsgərovun barəsində belə danışdı:
Elyaz Gülüyev_
Əvvəla bütün Azərbaycan xalqını, və xalqın keşiyində dayanan Azərbaycan Polisini və eləcə də redaksiyamızın dəyərli izləyicilərini salamlayıram. İnanın mən, bu dediklərimi tərif və ya hər hansı bir mənafeyim üçün demirəm, sadəcə şahidi olduğum mənzərəni fəxrlə danışmaq istəyirəm.
Belə ki, 26 oktyabr 2021-ci il tarixdə axşam saatlarında mənə tanımadığım bir nömrədən zəng daxil oldu, zəngə cavab verən zaman çox mədəni şəkildə davranaraq əvvəlcə özünü təqdim edən İsmayıllı RPŞ-nin təhqiqatçısı Səfa Əsgərov olduğunu bildirdi və qeyd etdi ki, Elyaz müəllim Sizin barənizdə İsmayıllı rayon sakini,Fərqanə adlı bir şəxs şikayət edib, zəhmət olmasa izahat verməyinizlə bağlı İsmayıllı RPŞ-nə dəvət olunursunuz. Nə vaxt gələ bilərsiniz? Mən də bildirdim ki, əslində bu bizim istəyimizlə bağlı deyil, bizi qanun çağırırsa dərhal həmin çağırışa getməliyik. Sadəcə olarmı, sabah yox, biri gün yəni ayın 28-i gəlim? Təhqiqatçı da bildirdi ki, niyə də olmasın olar. Mən də baş üstə dedim və sağollaşdıq.
Dediyim kimi birisi gün, yəni 28 oktyabr 2021-ci il tarixdə İsmayıllı RPŞ-nə getdim, Səfa müəllim məni çox möhtəşəm bir şəkildə qəbul etdi və əsl Azərbaycan Polisinə layiq olan şəkildə davrandı. Belə ki, mən izahat yaza-yaza təhqiqatçı Səfa Əsgərov çay sifariş etdi və özü mənə çay süzdü, mən də içdim. Daha sonra Səfa müəllim bildirdi ki, indi şikayətçi xanımı da dəvət etmişəm, o da gəlir. Mən stəkanı qabağımdan cəld götürüb kənara qoydum və dedim ki, indi sikayətçi gəlib deyəcək ki, Səfa müəllimin Elyaz müəllimlə tanışlıq münasibəti var imiş, onlar çay içirlər. Səfa müəllim isə bildirdi ki, o nə sözdür, nə olsun ki, barənizdə şikayət olunmaqla bağlı gəlmisiniz, məlumdur ki, uzaq yol gəlmisiniz, azından qonaqsınız. Bu cavab məni heyran etdi. Səfa müəllimin bu cür ali cavabı,məndə polisə qarşı olan məhəbbəti daha da artırdı. Əlavə olaraq yola salan zaman bir daha mənə bildirdi ki, axşam Bakıya qayıdırsız, ola bilər gedə bilməzsiniz, qonağımız olun. Səfa müəllim get-gedə məndə polisə qarşı olan istəyi artırırdı. Nəhayət salamatlaşaraq Bakıya qayıtdım. Onu da qeyd edim ki, şikayətçi mənim barəmdə etdiyi şikayətində bildirmişdir ki, guya mən, onların yüz manat pullarını mənimsəmişəm. Lakin, şikayətçi həm mənimlə telefon əlaqəsi zamanı da, həm də, izahatında göstərdi ki, onlar həmin yüz manatı mənə zəhmət haqqı kimi vermişdir. Əlavə olaraq, təhqiqatçının bir alicənablığını da qeyd edim ki, məni polisə dəvət edərkən təhqiqatçı əvvəlcə bildirdi ki, Elyaz müəllim, o ailə kasıb ailədir, həm ölkə rəhbəri, həm də dövlət qurumları o ailəyə hər zaman köməklik edir,özlərini bir təhər dolandırırlar. Onların yüz manatlarını qaytarmağınızı məsləhət bilirəm. Mən də bildirdim ki, hazırda yoxumdur, bir-neçə gün vaxt verin, mən yüz manatı tapım gətirim verim. O isə bildirdi ki, əyər Sizdə yoxdursa, gəlin mən cibimdən verim. Allaha şükür, dövlətimiz bizə yaxşı əmək haqqı verir. Təhqiqatcının bu sözləri məni tam utandırdı, dərhal bir dostumdan yüz manat borc tapıb, aparıb verdim.
Nəticə etibarı ilə Səfa müəllimin mənimlə davranışından yüksək səviyyədə razı qaldım, polisi daha da sevdim, polisə daha çox güvəndim. Eşq olsun belə polislərimizə. Bu barədə hazırda DİN-nin rəhbərliyi general polkovnik cənab Vilayət Eyvazov başda olmaqla, İsmayıllı RPŞ-nin rəhbərliyinə təşəkkür məktubu hazırlayıb göndərəcəyəm. Sağolun.
Hörmətlə: Elyaz (Yazan) Gülüyev
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi