Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
13 Noy 14:01Cemiyyet
UNESCAP-ın Nəqliyyat Komitəsinin 6-cı sessiyası keçirilib
BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Nəqliyyat Komitəsinin 6-ci sessiyası keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, bu tədbir təşkilatın sahə üzrə ən yüksək səviyyəli iclası olaraq iki ildə bir dəfə təşkil olunur. Pandemiya ilə əlaqədar builki sessiya onlayn formatda baş tutub.
İki gün davam edən tədbirdə UNESCAP-ın Asiya və Sakit okean regionunda Davamlı Nəqliyyat Bağlantıları üçün Regional Fəaliyyət Planının 1-ci mərhələsinin (2017-2021) icrası və bu sahədəki mövcud çağırışlar, eləcə də BMT-2030 Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün nəqliyyatda transformasiya fəaliyyətinin sürətləndirilməsi və müvafiq sahədə ölkələrin təcrübələri barədə müzakirələr aparılıb.
İclasda 53 üzv ölkənin nümayəndələri, eləcə də ESCAP katibliyinin və digər beynəlxalq təşkilat və qurumların rəsmiləri iştirak ediblər.
Azərbaycan Respublikasını tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Azərbaycan Dəmir Yolları” QSC təmsil edib.
Sessiyanın Davamlı Nəqliyyat Bağlantıları adlı iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Emil Əhmədov çıxış edib. O, ölkəmizin nəqliyyat sahəsinin inkişafı üzrə siyasəti, həyata keçirilən fəaliyyət, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələr və əldə olunan nailiyyətlər, eləcə də pandemiya dövründə regionda daşımaların davamlılığının təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Sonda tədbirin yekun hesabat sənədi qəbul olunub. Yekun sənədində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası tərəfindən baxılması və həlli istiqamətində mümkün tədbirlərin görülməsi üçün bir sıra tövsiyələr öz əksini tapıb.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi