Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Okt 14:55Cemiyyet
Ermənilər işğalçılıqlarını dünyaya unutdurmağa çalışıblar - Tarixçi
Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın haqq işinin beynəlxalq aləmdə tanıdılması üçün məqsədyönlü fəaliyyət göstərib, torpaqlarımızı sülh yolu ilə qaytarmağa çalışıb. Lakin erməni vandalları və onların simasız siyasi rəhbərləri keçən əsrlərin təcrübəsinə dayanaraq işğal edilmiş ərazilərdə möhkəmlənməyə və bütün dünyaya torpaqların işğalını unutdurmağa çalışıblar.
XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, bunu AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev deyib.
Ermənilərin Azərbaycanın artıq müstəqil dövlət olduğunu unutduqlarını deyən V.Baxşəliyev bu gün Azərbaycan tarixində son 100 ildə görünməmiş bir hadisənin baş verdiyini - itirilmiş torpaqlarımızın geri qaytarıldığını söyləyib.
V.Baxşəliyev qeyd edib ki, ermənilər hələ sovet dövründə SSRİ-nin beynəlxalq aləmdən təcrid olmasından istifadə edərək Azərbaycan torpaqlarını mənimsəyib və onları öz torpaqları kimi rəsmiləşdiriblər.
Onun sözlərinə görə, keçmiş Rusiya imperiyasının ərazisində sovet dövlətinin yaranmasının Azərbaycan xalqı üçün faciəvi nəticələri olub. Ermənilər 10 avqust 1920-ci ildə Azərbaycanın siyasi rəhbərliyinin zəifliyindən istifadə edərək Zəngəzur bölgəsi və Şərur-Dərələyəz qəzasını Ermənistana birləşdiriblər.
Tarixçi əlavə edib ki, sovet rəhbərlərinə yarınmaq siyasəti yeridən erməni daşnaklarının səyləri nəticəsində Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Mərkəzi İcraiyyə Komitəsinin 18 fevral 1929-cu il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının on kəndi – Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qarçıvan kəndi, habelə Kilit kəndi torpaqlarının bir hissəsi - ümumilikdə 657 kvadratkilometr Azərbaycan ərazisi Ermənistana verilib:
"Bunun 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars müqavilələrinin şərtlərinə zidd olmasına baxmayaraq, ermənilər Sovet dövlətinin beynəlxalq aləmdən təcrid olmasından istifadə edərək bu torpaqları mənimsəmiş və rəsmiləşdirmişlər. 1948-1953-cü illərdə Ermənistan ərazisində yaşayan azərbaycanlılar deportasiyaya məruz qalmış, öz yurd-yuvalarını tərk edib getməyə məcbur olmuşlar. Qısası, sovet hakimiyyəti dövründə babalarımızın bizə miras qoyduğu torpaqların qarış-qarış əlimizdən alınmasına yönəlmiş siyasət davam etdirilib. Bu siyasət 1992-1993-cü illərdə daha da aktivləşib, Azərbayan torpaqlarının 20%-i işğal edilib".
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ