Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
27 Sen 13:20Olke
Prezident: “Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayır”
“Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz məskunlaşma işləri aparır. Bu hərbi cinayətdir və Cenevrə konvensiyasına tamamilə ziddir”.
Respublikaxəbər.az xəbər verir ki, bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində deyib.
Prezident İlham Əliyev bildirib ki, Ermənistan bu addımlarına görə mütləq cavab verəcək:
“Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz məskunlaşma aparmaq bizə qarşı növbəti təxribatdır. Ermənistan tərəfinin təxribat xarakterli bu siyasəti artıq uzun illərdir ki aparılır. Qeyd edim ki, Ermənistanda mövcud olan ağır iqtisadi-siyasi və sosial vəziyyətə görə, ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhran yaşanır və insan resursları azalır. Ona görə də işğal olunmuş ərazilərdə öz adamlarını yerləşdirmək üçün xaricdə yaşayan ermənilərə ümid edirlər. Hazırda bu siyasət davam etdirilir”.
Prezident qeyd edib ki, bizdə olan dəqiq məlumata görə, Azərbaycanın bəzi işğal edilmiş ərazilərinin adları dəyişdirilir.
“İşğal altında olan bəzi rayonlarımızın, kəndlərimizin adlarının dəyişdirilməsi, azərbaycanlıların tarixi irsinin, abidələrinin dağıdılmasına dair məlumatlar var. Bizim məscidlərimiz dağıdılır, təhqir edilir. Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayır. Bu, bütün müsəlman aləminə böyük təhqirdir. Bizim əcdadlarımızın qəbirləri traktorlarla dağıdılır. Bunu edən vandallardır, faşistlərdir, vəhşilərdir”, - deyə Prezident bildirib.
Ölkə başçısı işğal olunmuş torpaqlarda keçirilən hərbi təlimlərin də növbəti təxribat olduğunu diqqətə çatdırıb:
“Bu Ermənistanın daha bir təxribatdır. Bunun bir məqsədi var. Azərbaycana hücum etmək, mülki əhalini atəşə tutmaq və yeni torpaqları işğal etməkdir. Bütün bu sadaladığım faktlar bir daha onu göstərir ki, regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkli siyasətidir. Azərbaycan heç bir təxribata əl atmayıb. Azərbaycan sadəcə öz maraqlarını müdafiə edir, öz mövqelərini dəstəkləyir və öz siyasətini alnıaçıq şəkildə davam etdirir. Biz dəfələrlə Dağlıq Qarabağın tarixi, əzəli və əbədi Azərbaycan torpağı olduğunu bəyan etmişik. Bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət Azərbaycanın tərəfindədir. Çünki bu bizim doğma dədə-baba torpağımızdır. Beynəlxalq hüquq, bütün beynəlxalq təşkilatlar, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bizim tərəfimizdədir”.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi