Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
18 Okt 20:28Cemiyyet
İranın dəyirmanına su tökənlərdən şəhidləri təhqir
Bir neçə gündür ki, gündəmi zəbt edən Ümid Xeyriyyə Cəmiyyətinin əməlləri insanlarda xeyli narahatlığa səbəb olub. Belə ki, bu cəmiyyətin təşkilatçılığı ilə istehsal olunan su butulkalarının üzərində 44 günlük “Zəfər savaşı”nda vətən uğrunda canından keçmiş şəhidlərimizin fotoları yerləşdirilib. Bu su butulkaları cəmi bir dəfə istifadəyə yararlıdır. Daha sonra tullantı kimi atılır. Bununla da şəhidlərin fotoları zibilliklərdə olur. Bu hələ ili çıxmayan şəhidlərə və Azərbaycan xalqına təhqirdir. İctimaiyyətə özlərini mömin kimi təqdim edərək din pərdəsinə bürünən, əslində isə ölkədə İran təbliğatı ilə məşğul olan,din adı altında insanların beyninə farsların şirklərini yeridən belə işbazlar guya şəhidlərimizi Kərbəla şəhidlərinə bərabər tuturlar. Əslində onların adından, insanların isə saflığından istifadə edərək külli miqdarda pul qazanırlar.
Azərbaycanın dövlətçilik tarixi bu gün ölkədə qarışıqlıq salmaq istəyən şəxslər və qruplaşmaların dinlərindən min illər əvvələ dayanır. Ölkəmiz Konstitusiya ilə idarə olunur.Dini görüşündən aslı olmayaraq bütün vətəndaşların hüquqları qorunur. Hər kəs istədiyi kimi toplaşaraq ibadətində azaddır. Amma hər kəs bunu ölkənin içərisində dövlətə və xalqın dəyərlərinə ziyan vermədən etməlidir.
Şəhidlər bizə qanları ilə yoğrulmuş vətən əmanət ediblər, şəhidlər bizə ana, bacı, ata, qardaş , övlad ,namus əmanət ediblər. Bu əmanətləri göz bəbəyimiz kimi qorumaq bizim boynumuzun borcudur.
30 illik qısası cəmi 44 günə qanları ilə yuyan oğulların fotoları bizim qəlbimizdə, beynimizdə ,yaddaşımızda həkk olunub. Onları bir dəfə istifadə edilib zibil qabına atılan əşyaların üstünə vuraraq cibinizi doldurmaq , “Kərbəlada susuz qalan şəhidim” yazıb insanların hisslərinə toxunmaq heç kimin haqqı deyil. Bizim şəhidimiz ərəbdən də, farsdan da qat-qat üstün və müqəddəsdir.
Əgər bu sizin üçün şərəfdirsə, peyğəmbəriniz kimi qəbul edərək öləndə üzünüzü cırıb yasını tutduğunuz Qasım Süleymaninin şəklini, Xomneyi ağanızın fotolarını özündə əks etdirən əşyalar istehsal edin: məsələn burun dəsmalları, butulkalar, nəm salfetlər,tualet kağızları,aftafalar… biz onları məmnuniyyətlə istifadə edərik. Amma bizim dəyərlərə toxunmayın!
Biz xalq olaraq aidiyyəti qurumlardan məsələyə diqqət yönəltməyi xahiş edirik. Dəyərlərimizə sahib çıxaq.
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi