Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
16 May 16:00Olke
KORRUPSİYAYA QARŞI MÜBARİZƏ DAVAM ETDİRİLİR
Nəsimi rayon sakini Abbasov Arzuman Abbas oğlu ölkədəki Korrupsiyaya qarşı aparılan mübarizədən razılığını aşağıdakı sözləri ilə bildirir.
Bu gün biz Azərbaycan xalqı böyük bir bəlanın içərisindəyik. Amma necə deyərlər Allah dərd verəndə dərmanını da verir! Bütün dünyayanı öz oxu ətrafına almış bu dərd-bəla bizim Azərbayanımıza da gəlib çatdı. Lakin dərd bəlanın qarşısında dağ kimi dayanan cənab Prezidentimiz İlham Əliyev olduğu üçün biz Azərbaycan xalqı heç də narahat olmadıq. Çünki Azərbaycan xalqının Prezidentinə böyük güvəni vardır. Ölkə başçısı o güvəni xalq tərəfindən özü qazanıb. Ona görə ki, o, hər zaman xalqı üçün çalışıb, xalqını heç bir zaman bəlaya düçar olmağa qoymayıb və hər zaman da xalqın yanında olub. Belə bir dövrdə yəni bütün dünyanı əhatəyə bürüyən bu “COVİD-19” pandemiyası dövründə də cənab Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva ilə birlikdə xalqın dayağında durdular. Bütün bunlarla bərabər Ölkə başçımız pandemiya ilə bağlı Operativ Qərargah yaratdı və hər bir sahədə xalqını təhlükədən qorudu. Qərargah yaradıldıqdan sonra insanların bu koronavirusa yoluxmamaları üçün karantin rejimi elan edərək, onları bu bəladan uzaq tutdu. Müxtəlif iş yerlərinin fəaliyyətini dayandırdı, ölkə daxili insanların və nəqliyyatın gediş-gəlişinə, yaşlı insanların çöldə gəzmələrinə məhdudiyyət qoydu. Amma buna baxmayaraq işləməyən insanlara, aztəminatlı ailələrə və yaşlı insanlara ərzaq yardımı və maddi pul vəsaiti yardımı ayırdı. Ölkə başçımız həmin bu gözəl təqdirəlayiq işlərə qurum rəhbərlərini, sahibkarları da dəvət edərək fond yaratdı. Bu danışılmaqla qurtaran deyil, yəni bu koronavirus bəlası ilə yüksək səviyyədə mübarizə apardı. Paytaxtda və eləcə də rayonlarda İcra Hakimiyyəti başçılarına göstəriş verərək hərə öz rayonunda sakinlərinə hər yöndən dəstək göstərmələrini və hər yöndən marifləndirmə işlərinin aparılmasını bildirdi. Çox təəssüf edirəm ki, bəzi məmurlar ölkə başçımızın onlara olan güvənini boşa çıxartdı. Belə ki, aztəminatlı ailələrə, işləməyən və ehtiyacı olan insanlara ayrılmış maddi yardımı cibgirlik edərək mənimsədilər. Təbii ki, həmin məmurların bu cür korrupsiya əməlləri gizli qalmadı, hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onların etdiyi çirkin əməlləri aşkar edilərək ifşa olundular. Bu kimi hallar biz insanlarda dövlətə qarşı olan güvəni daha da artırdı. Yəni ki, bəzi saxtakar məmurların iç üzünü dövlət başçımız bizə göstərdi. Təbii ki, bu kimi korrpsiyon faktların üzə çıxardılmasında hətta Korrupsiya İdarəsinin rəhbəri cənab Kamran Əliyevi Baş Prokuroru vəzifəsinə təyin etməklə korrupsiya işini daha da gücləndirdi və korrupsiyaya qarşı mübarizə davam etdirilir. Biz cənab Prezidentin xalqımızın gələcəyi naminə gördüyü işləri bəyənir, ölkə başçımızı dəstəkləyirik və ölkəmizdə cinayətkarlığa son qoyulmasını arzulayırıq.
Nəsimi rayon sakini Abbasov Arzuman Abbas oğlu
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi