Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
27 Sen 10:25Cemiyyet
ŞƏKİDƏ GƏLİN ƏRİ VƏ BALDIZLARI TƏRƏFİNDƏN HÜCUMA MƏRUZ QALDI, DÖYÜLƏRƏK KÜÇƏYƏ ATILDI? YENİLƏNDİ
RESPUBLİKAXƏBƏR.AZ-a şikayət edən, Abdurrahmanova (Babayeva) Çinarə Telman qızı, 26 sentyabr 2024-cü il tarixdə Baş Göynük kəndində yaşadığı evə əri və baldızlarının gələrək onu döydüyünü və ərinin onun boğazına bıçaq dirəyərək, ölümlə hədələdiyini bildirmişdir.
Deyilənlərlə bağlı tərəfimizdən Şəki ŞRPŞ-nə məlumat verilmiş, ŞŞRPŞ-dən də həmin faktla bağlı araşdırma aparıldığını, nəticəsi barədə qərar qəbul ediləcəyi bildirilmişdir.
Şikayətçinin qeyd etdikləri barədə daha ətraflı gün ərzində məlumat verəcəyik!
Qarşı tərəflə də əlaqə saxlamağa çalışırıq!
Qarşı tərəfi də dinləyərək, hər iki tərəfin bildirdiklərini diqqətinizə çatdıracağıq.
Dəyərli izləyicilər!
Məlumdur ki, gün ərzində daha ətraflı məlumat verəcəyimizi bildirmişdik.
Şikayətçi vətəndaş: Abdurahmanova (Babayeva) Çinarə Telman qızı ilə redaksiya heyyətinin rəhbəri Elyaz Yazan arasındakı dialoqu olduğu kimi (təfərrüatlı şəkildə) qeyd edirik.
Elyaz Yazan:
Çinarə xanım, Siz və Sizin valideyniniz redaksiyamızın qaynarxətt nömrəsinə zəng edərək, Sizin əriniz Tural Babayev və onun bacıları tərəfindən döyüldüyünüzü və həmçinin də ərinizin Sizin boğazınıza bıçaq dirəməklə, ölümlə hədələndiyinizi bildirmisiniz. Bu barədə daha ətraflı danışmağınızı xahiş edirik.
Çinarə (Babayeva)
Bəli, mən, təxminən 9 ildir ki, həmkəndlim Babayev Tural Əhməd oğlu ilə ailəliyəm, bizim cütlüyümüzdən 3 azyaşlı uşağımız var, ailə həyatı qurduqdan sonra təxminən 2-3 ay mehriban yaşamışıq. Bu günə qədər mütəmadi olaraq aramızda mübahisə və münaqişələrimiz olmuşdur. Ən sonuncu dəfə təxminən bir ay bundan öncə məni əxlaqsızlıqda ittiham etdiyinə görə ayrılmışdıq. Sonra mən, Şəki Şəhər 1 saylı Mediasiya şurasına və eləcə də Şəki rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etdik, nəhayət ki, sonra ərim Tural ayrılmaq istəmədiyini bildirdiyi üçün, həm də azyaşlı uşaqlarımı nəzərə alıb barışdıq.
Nəhayət ki, sonuncu dəfə dünən də yaşadığım evə ərim və baldızım gələrək məni döydülər, ərim də mənim boğazıma bıçaq dirəyərək, öldürəcəyini bildirdi və məni küçəyə atdılar.
Elyaz Yazan:
Çinarə xanım, Siz hazırda hüquq-mühafizə orqanlarına müraciət etmisinizmi?
Çinarə (Babayeva):
Bəli, Elyaz müəllim!
DİN-nin 102 zəng xidmətinə müraciət etmişəm və hazırda Şəki ŞRPŞ-də araşdırma aparılır. Əlavə olaraq, bir müraciətimi də bildirim ki, uşaqların atası Tural Babayev, mənim icazəm olmadan, Şəki rayon, 2 saylı tam orta məktəbə gedərək, uşağımı məcburi şəkildə götürüb aparmışdır. Hazırda mənim uşaqlarımı da qaytarmır. Sizdən xahiş edirəm mənə köməklik göstərin.
Deyilənlərlə bağlı Tural Babayevlə əlaqə saxlayaraq, həyat yoldaşı Çinarə Babayevanın müraciətində bildirdiklərini diqqətinə çatdırdıq. Tural Babayev isə həmin gün Çinarəni görmədiyini, bacısı ilə arasında mübahisə və münaqişə olduğunu, hal hazırda isə Şəki ŞRPŞ-də araşdırma aparıldığını, ifadəsini də verdiyini bildirdi.
Ayrıca olaraq, həyat yoldaşını əxlaqsızlıqda ittiham etdiyini əsaslandırmasını xahiş etdik. Tural Babayev bir daha həyat yoldaşını əxlaqsızlıqda ittiham edərək, sübuta yetirə biləcəyini dedi.
Odur ki, hər iki tərəfin qeyd etdiklərini özlərinin icazəsi əsasında səsyazısı olaraq qeyd etdiyimiz üçün aidiyyatı üzrə tərəfimizdən Şəki ŞRPŞ-nə rəsmi məlumat məktubu ünvanlanmaqla, tam obyektiv, qərəzsiz, doğru-dürüst və hərtərəfli araşdırma aparılaraq, ədalətli qərar qəbul edilməsini xahiş edəcəyik.
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib