Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
10 Sen 01:02Cemiyyet
İndi də mövzumuz YEVLAX VƏ BƏRDƏ, heç kimi salmasın Allah bu dərdə
İNSANLARIN PƏNAH GƏTİRDİYİ PƏNAHOV, ONA PƏNAH GƏTİRƏNLƏRİN BAŞINA OYUN AÇIB, YOXSA?
Bu barədə Respublikaxəbər.az olaraq Siz dəyərli izləyicilərin diqqətinə Bərdə və Yevlax rayon sakinlərinin şikayətini çatdırırıq.
Dəyərli dostlar!
Respublikaxəbər.az xəbər verir ki, redaksiyamıza Bərdə və Yevlax rayonundan olan onlarla sakinlər müraciət edərək, Yevlax rayon sakini olan Pənahov Qiyas adlı şəxs tərəfindən aldadıldıqlarını, həmçinin Hüquq-mühafizə orqanları tərəfindən hüquqlarının kobudcasına pozulduqlarını bildiriblər.
Rayon sakinləri tərəfindən daxil olmuş müraciət əsasında redaksiya heyyətinin rəhbəri Elyaz (Yazan) Gülüyev, şəxsən özü Yevlax şəhərinə səfər edərək, rayon ərazisində şikayətçilərlə görüşərək, onları yaxından dinləyib.
Şikayətçilərin dediklərinə görə, Pənahov Qiyas, Yevlax rayon Qaramanlı kəndində yaşayan Şamxal adlı şəxsə, Abışov Muxtar Qurban oğluna, Yevlax şəhər sakini Məmmədov Teymur Fərrux oğluna, Məhərrəmov İsmayıl Rəşid oğluna, Bərdə rayon, Mehdixanlı kənd sakini Məmmədov Fəxri Zaman oğluna, Bərdə rayon, Qayalı kənd sakini Əliyev Şükür Ağalar oğluna, Bərdə rayon Hacallı kənd sakini Qədimalıyev Səyavuş Nəriman oğluna və Həsənov Elməddin Əsgər oğluna, eləcə də Tapdıq, İnqilab, Xəzər və Zaur adlı və digər şəxslərə, müxtəlif məbləğlərdə sələmlə pul vermiş, lakin, öz aralarında guyamış ki, borc müqaviləsi imzalamışdırlar. Qiyas Pənahov, həmin müqaviləni imzaladarkən, həmin müqaviləni borc istəyən şəxsə videoçəkiliş qeydi ilə yazdırmış və imzalatmışdır. Müqavilədə vətəndaşlar zərurətdən istədikləri və aldıqları məbləğin 10 qatına imza çəkmişdirlər. Şikayətçilər deyirlər ki, biz o müqaviləyə imza atmaq istəmirdik, sadəcə Qiyas Pənahov dedi ki, Siz narahat olmayın, Siz sadəcə aldığınız məbləği ödəyib qurtardıqdan sonra mən bu kağızı cırıb atacam. Amma heç də elə olmayıb. Necə deyərlər: "Sən saydığını say, gör Qiyas nə sayır"! Qiyas Pənahov, vətəndaşların imzaladığı müqaviləni əsas götürərək onlarla insanı məhkəməyə verib, məhkəmədə heç bir əsaslı sübuta dayanmadan, iddiaçının iştirakı olmadan bütün iddiaları dərhal təmin edib. Vətəndaşlar, hakimə sual edirlər ki, Qiyas Pənahov belə dəqiq və məsuliyyətli bir sahibkardırsa, nə üçün vətəndaşların müqavilə imzaladığı anı videoçəkiliş olaraq qeydə alıb, pulu isə təqdim edəndə videoçəkiliş olaraq qeydə almayıb?
Şikayətçilər, bütün olanlarla bağlı Yevlax Rayon prokurorluğuna və Yevlax RPŞ-nə şikayət etsələr də 7 ay keçib, hələ də bir nəticə əldə edə bilməyiblər.
Vətəndaşlar tərəfindən verilmiş nömrələr vasitəsi ilə Qiyas Pənahovla əlaqə saxladıq, bir nömrənin vhotsapından Qiyas Pənahovun oğlu Halay adlı şəxs bildirdi ki, şikayətçilər nə deyir, desinlər, müqavilə imzalayıblar, məhkəmə də qətnamə qəbul edib.bu qədər!! Artıq heçnə də danışmadı. Onu da qeyd edək ki, bir dəfə Qiyas Pənahovun iddiası, ayrı rayonların birində birinci instansiya məhkəməsində təmin edilməyib. sonradan Apellyasiya məhkəməsi isə həmin rayonun məhkəməsinin qətnaməsini ləğv edib. Yevlax rayon məhkəməsi isə sorğusuz-sualsız bir-başa Qiyas Pənahovun iddiasını təmin edərək, onun xeyrinə qətnamə qəbul edib. Bu qədər!! Vətəndaşlar bu qədər şübhəli halları əsas götürərək, qərara gəlirlər ki, Məhkəmələr başda olmaqla, bütün yerli hüquq-mühafizə orqanları, haqq-ədalətin yox, Zəngin Qiyas Pənahovun tərəfindədirlər!
Sonda onu da qeyd edək ki, məsələnin tam obyektiv araşdırılaraq işə hüquqi qiymət verilməsi üçün tərəfimizdən ölkə rəhbəri başda olmaqla, bütün aidiyyatı orqanlara rəsmi məlumat məktubu ünvanlanmışdır.
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi