Sorğu
Оцените работу движка

02 İyl 07:17Cemiyyet

ELYAZ YAZAN, AZƏRBAYCAN POLİSİNİ TƏBRİK EDİB

RESPUBLİKAXƏBƏR.AZ xəbər verir ki, redaksiyanın rəhbəri Elyaz Yazan, Azərbaycan Polisinin 105-ci il dönümü münasibəti ilə DİO-nı təbrik edib

Təbrikdə deyilir:

Hörmətli (general polkovnik) cənab Nazir, Vilayət Eyvazov!
Sizi və rəhbərlik etdiyiniz bütün kollektivi Daxili İşlər Orqanları əməkdaşlarının peşə bayramı-"Polis günü" və Daxili İşlər Orqanlarının 105 illik yubileyi münasibəti ilə redaksiyanın rəhbəri olaraq, əvvəlcə özümün və redaksiya heyyətimizin adından Sizlərin hər birinizi təbrik edir, səmimi qəlbdən təşəkkür edirəm.

Zəngin ənənələrə və böyük tarixi keçmişə malik olan Azərbaycan polisinin üzərinə bu gün ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, vətəndaşların həyatının və sağlamlığının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin hüquqa zidd əməllərdən mühafizəsi kimi çətin və şərəfli vəzifələr qoyulmuşdur.

Öz vəzifələrinin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının ölkəmizin möhkəm təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan hüquq və azadlıqlarının təminatında mühüm xidmətləri vardır.

İnanırıq ki, daxili işlər orqanlarının əməkdaşları bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında milli dövlətçiliyin möhkəmləndirilməsində, ölkəmizdə hüququn inkişafının və qanunun aliliyinin təmin edilməsində yaxından iştirak edəcəkdir.
Sizi bir daha peşə bayramınız və yubiley münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə:
Elyaz Yazan
RESPUBLİKAXƏBƏR.AZ-ın rəhbəri
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi