Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
18 May 13:58Cemiyyet
Məhkəmə: İcraatla bağlı pozuntular müşahidə olunur
İnzibati orqanlar onlara daxil olmuş hər bir müraciəti yalnız mahiyyəti üzrə düzgün həll etmək vəzifəsi daşımırlar, onlar həm də sözügedən müraciətə qanunvericilikdə nəzərdə tutulmuş icraatla bağlı qaydalara riayət etməklə baxmalıdırlar.
RESPUBLİKAXƏBƏR.AZ xəbər verir ki, bu barədə Ali Məhkəmənin inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin təhlilinə dair apardığı ümumiləşdirmədə əks olunub.
Məlumatda deyilir ki, icraatla bağlı qaydalara əməl etmək həm də hüquqi dövlət, eləcə də yaxşı və səmərəli idarəçilik prinsipinin mahiyyətindən irəli gəlir. İcraatla bağlı qaydaların nələrdən ibarət olduğu isə mərkəzi normativ-hüquqi akt olan “İnzibati icraat haqqında” Qanunda təsbit olunub. Məhkəmə təcrübəsində rast gəlinən inzibati orqanların fəaliyyətlərində yol verdikləri “İnzibati icraat haqqında” Qanunda təsbit olunmuş icraatla bağlı sistematik pozuntuları aşağıdakılar kimi qruplaşdırıla bilər:
"Göründüyü kimi, icraatla bağlı hüquq pozuntularına yol verilməsi halları müşahidə olunur və bunun nəticəsidir ki, bu gün bir sıra hallarda inzibati orqanların qərar və hərəkətləri məhkəmələr tərəfindən məhz icraatla bağlı hüquq pozuntularına yol verilməsi əsası ilə ləğv edilir. Digər tərəfdən, bəzi hallarda inzibati orqanların fəaliyyətində məhkəmə təcrübəsinin nəzərə alınmaması müşahidə edilir.
Belə ki, bir sıra təkrarlanan mübahisələr üzrə işlərə artıq Ali Məhkəmədə dəfələrlə baxılmasına və həmin işlər üzrə formalaşmış məhkəmə təcrübəsinin mövcudluğuna baxmayaraq, yenidən eyni əsaslarla inzibati icraatda vətəndaşların müraciətlərinin təmin edilməməsi, daha sonra isə həmin işlər üzrə vətəndaşların xeyrinə çıxarılmış məhkəmə qərarlarından Ali Məhkəməyədək şikayətlərin verilməsi təcrübəsi qalmaqda davam edir. Nəticə etibarilə, müəyyən kateqoriya məsələlər üzrə qanunvericiliyin hansı qaydada tətbiq edilməli olması ilə bağlı məhkəmələrin hüquqi mövqeləri inzibati orqanlar tərəfindən nəzərə alınmır. Bu problemin həlli yaxşı idarəçiliyə və qanunun aliliyinə nail olmaq üçün olduqca vacibdir. Eyni zamanda, inzibati məhkəmələr tərəfindən baxılmış işlər üzrə müəyyən edilmiş mövqelər inzibati orqanların öz təcrübələrini dəyişmələrinə səbəb olmalıdır. Təcrübəni dəyişmək isə iki istiqamətdə olmalıdır – müəyyən məsələlər üzrə artıq əvvəlkindən fərqli qərar vermək və müəyyən məsələlər üzrə inzibati icraatı əvvəlkindən fərqli qaydada aparmaq.
Nəzərə alınmalıdır ki, məhkəmə təcrübəsinin əhəmiyyəti və hüquqi nəticələri yalnız məhkəmələrin işlərə baxılması ilə bağlı fəaliyyətinə şamil edilmir. Vətəndaşlar oxşar işlərin məhkəmələrdə necə həll olunduğuna etimad edərək onların da eyni mübahisələrinin inzibati orqan tərəfindən məhkəmədə həll edilmiş işlərə uyğun qaydada nəzərə alınmasına ümid edə bilərlər. Öz növbəsində inzibati orqanlar da oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsini öz inzibati praktikalarında nəzərə almalıdırlar. Məhkəmələrdə baxılan işlərin öyrənilməsi həmçinin göstərir ki, bəzən inzibati orqanların müraciətləri təmin etməkdən imtina edərkən əsaslandıqları dəlillərlə, daha sonra onların iddiaya qarşı təqdim etdikləri etirazlarının, eləcə də apellyasiya və kassasiya şikayətlərinin dəlilləri tamamilə eynilik təşkil edir. Bu zaman məhkəmə araşdırmasının gedişində həmin dəlillərin əsassızlığına dair toplanılmış əks sübutlara, məhkəmələrin bununla bağlı hüquqi mövqelərinə və qiymətləndirmələrinə apellyasiya və kassasiya şikayətlərində hər hansı münasibət bildirilmədən və ya səthi, yaxud ötəri münasibət bildirilərək əslində faktiki olaraq ilkin dəlillər təkrarlanmaqla yeni hər hansı sübut və ya hüquqi mövqe bildirilmədən formal olaraq məhkəmə aktlarından şikayətlər verilir. Əsaslandırılmamış şikayətlər məhkəmə mübahisələrinin sayının süni şəkildə çoxalmasına və hüquqların ağlabatan müddətlərdə həyata keçirilməməsinə səbəb olur.
Beləliklə, məhkəməyədək vətəndaşların müraciətlərinə baxan inzibati orqanlar “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almaqla icraatın aparılmasını təmin etməlidirlər. İnzibati orqanlar həmçinin gələcəkdə məhkəmələrdə təkrarlanan işlərin yaranmaması üçün öz fəaliyyətlərində məhkəmə təcrübəsini nəzərə almalı, eləcə də uğurluluq perspektivi olmayan əsaslandırılmamış apellyasiya və kassasiya şikayəti vermək praktikasından imtina etməlidirlər".
RESPUBLİKAXƏBƏR.AZ

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi