Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
10 May 06:14Cemiyyet
ZƏFƏRƏ GEDƏN 100 İLLİK YOL
Zəfərə gedən 100 illik yol
1923-cü il :
1-ci dünya müharibəsinin ağrısı acısı, iqdisadi-sosial sarsıntısı bütün dünyada həmçinin də başı bəlalı Azərbaycanda da hiss olunurdu. Qalmaqallı bu dünya böhranı ilə yanaşı, Azərbaycanın özünə aid də mühüm ağrı acıları var idi. 1918-ci ildə müstəqilliyini yenicə qurmuş Azərbaycan Demokratik Respublikası 2 il bitmədən süqut etmiş oldu. Qarabağ sorunu o zamanlardada problem kimi qalmaqda idi. Bu çətin acınacaqlı zamanlarda SSR-in tərkibinə qatılmış olan Azərbacan hər tərəfdən sıxışdırılmağa, torpaqları, millətçiliyi, dilini, dinini, əlifbasını əlindən alınmağa, ziyalılarını isə təqiblərlərlə həbslərə, qətillərə və sürgünlərə göndərilməklə yox edilməyə çalışılırdı. Zamanın bu acınacaqlı vaxtlarında 1923-cü ildə Naxcıvan MR-da may ayının 10-da kasıb və ağır külfətli ailədə Heydər Əliyev anadan olmuşdur.
Gənc yaşlarında H.Əliyev zamanın ağırlığına və sosial problemlərə sinə gəlməyin çarəsini təhsil almaqda görmüş, 1939-cu ildə Naxcıvan pedoqoji texnikumunu bitirmiş, ardınca Azərbaycan sənaye İnstitutunun memarlıq təhsilinə yiyələnmişdir.
Dünya yenidən qarışmaqla, 2-ci dünya müharibəsi başlamışdır. Bir daha dünyanı böhran, iqdisadi tənəzzül, yoxsulluq, səfalət, müharibələr və sosial sorumlar bürümüşdü. H.Əliyev 1944-cü ildə Naxcıvanda təhlükəsizlik xidmətinə işə düzəlir. 2-ci dünya müharibəsi başa çatır dünya yenidən qurulmağa başlayırdı.
H.Əliyev təhsilini Leninqratda və Moskvada davam etdirir. 1957-ci ildə isə Bakı dövlət universitetinin tarix fakultəsində növbəti təhsilini tamamlayır.
Təhsilin vacibliyini anlayan Ulu öndər iqtidarda olduğu zamanlarda da təhsilə böyük önəm vermişdir. Buna misal olaraq Gənclərin xaricdə təhsilinin önünü açmış, həmişə dəstək olmuşdur. Ölkədə yeni universitetlərin açılmasını təmin etmişdir. (Slavyan universiteti və s.) Onun təşəbbüsü ilə Müəllimlər qurultayını keçirmişdir. Orta məktəblərdə şagirdlərə dərsliklərin pulsuz verilməsini təmin etmişdir. Şəhər, rayon və ən ucqar kəndlərdə belə məktəblərin təmiri və yenilənməsinə başlanılmışdır. Bakalavr təhsilli gəncləri təhsillərini davam etdirməsi üçün münasib şərait yaratmış, akademik təhsilə sövq etmişdir. Biz Heydər Əliyevin həyatına baxdıqda görürük ki, o ən gənc yaşlarında təhsilə atılmış, ahıl yaşlarında belə təhsilə önəm vermiş, təhsil və elmini daim davam etdirmişdir. Heydər Əliyevin dünya şöhrətli ziyalı, siyasətçi olmasına səbəb, onun çox sahəli elmli, təhsilli olması idi. Təhsil haqında Heydər Əliyevin gözəl şüarı vardır : “Təhsil millətin gələcəyidir”
1964-cü ildə Heydər Əliyev Azərbaycan SSR-nin təhlükəsizlik xidmətinə sədr müavini vəzifəsinə gəlir. 1967-ci ildə isə həmin xidmətin sədri təyin edilir. O, elmi və idarəçiliyi ilə seçilərək 1969-cu ildə Azərbaycana rəhbər təyin edilir. Heydər Əliyev düya müharibələrinin acınacaqlarını həyatında yaşayan insan kimi ölkə rəhbəri olandan dərhal sonra Azərbaycan dövlətinin və xalqının rifahını yaxşılaşdırmaq məqsədi ilə sənayeləşməni, istehsalatın artırılması, neft və qeyri neft sektorunu inkişaf etdirmək üçün mühüm addımlar atır. Azərbaycanda kondisaner və sair kimi zavodların açılması, kənd təsərrüfatının inkişafı, yeni su melerasiya sistemlətinin yaradılması, rayonlarda da iri zavodların açılmasını təşkil etdi. Buna misal olaraq Şəki və digər rayonlarda böyük ipək, tütün, konserv zavodu kimi iri zavod və fabriklər quruldu. bununlada kənd və qəsəbələrdə əhalinin aqrar sahələrdə işləməsinə və şəhər əhalisinə isə zavod və fabriklərdə yeni iş yerlərinin açılmasına və ölkənin inkişafına böyük tövhə verilirdi. Neft sektorunda da böyük addımlar atılaraq yeni neft quyularının kəşfi və müasir üsullarla çıxarılması sahəsində işlər görülürdü.
Azərbaycanın dünyada tanıdılmasının mühüm məsələlərindən birinində ölkədə idmanın inkişafının vacibliyini Heydər Əliyev çox yaxşı anlayırdı. Buna görədə Bakı idman sarayı, Bakı velotreki, şahmat məktəbləri və yüzlərlə idman məktəb və komplekslərinin tikilməsi və təsisini təşkil etdi. 1970-ci ildə Bakıda 250 idman meydançası və şəhərciyi salındı. 1974-cü ildə isə artıq ölkənin 36 müxtəlif rayonlarında 59 uşaq və gənclər idman məktəbləri fəaliyyətə verilmişdir. Bu tendensiya Heydər Əliyevin 2-ci dəfə ölkəyə rəhbərlik etdiyində dahada da vüsət aldı. 1995-ci ildə martın 5-də Heydər Əliyev gözəl bir fərman imzalamışdır. Bu fərmana əsasən əhalinin sağlam həyat tərzinin təbliği və bədən tərbiyəsinin maddi bazasının inkişafı, ölkə idmanının dünya miqyasına çıxarılması məqsədli gənclərin idmana cəlb edilməsi üçün Azərbaycan Prezidenti yanında fond yaratdı. Heydər Əliyevin belə bir ifadəsi vardır: Xarici ölkələrdə 2 halda Azərbaycan bayrağı qaldılrıla və himni səsləndirilə bilər: Birinci- Ölkə prezdenti həmin ölkəyə səfər etdikdə, ikinci halda isə həmin ölkədə idmançılarımız 1-ci yer tutduqda. Həmdə İdman gənclərimizin sağlamlığı, milli və vətənpərvər ruhda formalaşması və pis vərdişlərdən uzaq qalmasını təmin edən ən gözəl İnstutdur.
Əvvəli çar dövründən başlayan azərbaycanlıların hərbdən uzaq tutulması siyasəti, gələcək hərb tarixində Azərbaycana böyük problemlər yaradacaqdı. Buna görədə Heydər Əliyev ölkəyə 1-ci rəhbərliyində Azərbaycanın hərbi sahədə inkişafı məqsədi ilə Bakıda Naxcıvanski adına hərbi lisseyin açılmasını nail oldu. Azərbaycan gənclərinin hərbiyə marağının aşılanması və gətirilməsini hərb elminə yiyələnmələrini təşkil etdi. Bununla yanaşı Azərbaycanda Qəbələ RLS kimi iri hərbi obyetlətin, silah sənaye zavodlarının tikilməsi, iri hərbi aviyabazaların və hərbi hissələrin salınmasını təmin elədi.
Sovet hökuməti dağıldıqdan sonra hakimiyyətə gələn sərişdəsiz və təsadüfi rəhbərlərin sayəsində ölkə böhran və xaosa sürüklənməyə başladı. Bir tərəfdən ermənilər Qarabağı işğala başlamış, digər bölgələrdə isə parçalanma siyasəti vüsət almışdı. Xalq vəziyyətin ağırlığını anlayaraq Azərbaycanı bu ağır vəziyyətdən ancaq Heydər Əliyev çıxaracağına inanaraq onu yenidən Azərbaycana rəhbər gətirdi. Heydər Əliyev ölkədə xaosun qarşısını alaraq ölkənin parçalanmasını önlədi. Ölkənin vəziyyəti maddi-iqdisadi və hərbi cəhətdən çox ağır idi. Orduda zabit və kadr çatışmazlığı var idi. Qonşu ölkələrimiz isə ermənisdana dəstək edərək bizi qarabağda yenilgiyə uğradırdı. Vəziyyətin belə gedə bilməyəcəyini anlayan Heydər Əliyevin yürütdüyü xarici siyasəti sayəsində BMT-nin 4 qətnaməsi qəbul olundu. Ardınca dərhal sülh sazişi imzaladı. Bununlada Azərbaycan Respublikası zaman qazanmış oldu. Bu zaman kəsimində 20 sentyabr 1996-cı ildə dərhal əsrin müqaviləsi imzalanaraq həm ölkəyə dünyadan böyük sərmayələrinin gəlişinin qarşısı açıldı, digər tərəfdən Azərbaycana dünyadan siyasi tərəfdar ölkələr toplanmağa, həmdə hərbi strateji tərəfdaşlar qazanılmağa başlanıldı. Pakistan, Türkiyə, İsrail və s kimi ölkələri hərbi tərəfdaşlığa çəkməyi bacardı. Nefdən gələn gəlirlər sayəsində isə hərbi büdcə genişləndirilir, silah arsenalı ən müasir silahlarla donatılmağa başlanıldı.
Cəbhədə atəşkəs olsada hərbi gücün artırılaraq, işğal edilən torpaqların geri qaytarılması ən vacib məsələlərdən idi. Hərbi sahədə kadr çatışmazlığı yenə də var idi. Buna görə də H.Əliyev hərbi kadr siyasətini formalaşdırmağı əsas prioritet məsələ kimi baxırdı. Hərbiçilərimizin xaricdə təhsilləndirilməsini təmin edirdi. 20 fevral 1999-cu ildə isə Heydər Əliyev Azərbaycan Hərbi akademiyasını qurdu.
Digər tərəfdən də Azərbaycan ordusunun modernləşməsi, beynəlxalq arenada gücü və nüfuzunun artırılması, dünyada gedən siyasi proseslərdə yön alması, hərbi gücün sayəsində dünya siyasi arenasında üstünlük qazanılması və sair səbəblərlə NATO-da diplomatik nümayəndəlik təsis edildi.
Heydər Əliyev 12 dekabr 2003-cü ildə vəfat etdi. Onun Azəbaycan üçün olan ideyaları, projeləri və strateji addımları, Qarabağın işğaldan azad olması xəyalları boşda qalmadı. Heydər Əliyevin bütün proje və siyasətini Ali Baş Komandanımız İlham Əliyev tərəfindən daha da gözəl şəkildə davam etdirdi və ölkəni daha da firavanlaşdırdı. Qarabağın işğaldan azad olması arzusunu Heydər Əliyev həyatda yaşamasada, onun siyasətinin davamı olaraq Ali Baş Komandanımız İlham Əliyev hər birimizin arzusu olan bu arzunu 44 günlük əks hücum müharibəsində əsil sərkərdə kimi bizlərə yaşatdı. Bu arzu üçün biz çox əziyyətlər çəkdik. Minlərlə şəhid verdik, minlərlə qazimiz oldu. Hər bir Azərbaycan vətəndaşı 2-ci qarabağ savaşında səfərbər olduq, yumruq kimi birləşdik.
Bu 44 günlük müharibədən bir nəfər də olsa fərari olan olmadı. Bu birlik bu vəhdət bu milli ruh, gənclərin gözəl təhsilləndirilməsi, idmana sövq edilməsi, hərb elminə gətirilməsi, hərbi kadr potensialının yaradılması, hərbi arsenalımızın yeni nəsil silahlar ilə donatımı, Pakistan, Türkiyə, İsrail və sair kimi ölkələrin hərbi tərəfdaşlığa cəlb edilməsi Ulu Öndərin bu zəfər yolundakı addımları oldu. Bu zəfəri təssüfki Heydər Əliyev yaşamadı. Amma bu gün inanırıq ki, onun ruhu şaddır. Ulu öndərin dediyi kimi “Qarabağ mütləq azad olmalıdır” və azad oldu.
Qarabağ problemi 20-ci əsrin əvvəllərində də mövcud idi. Bu zəfərin başlanğıcı Heydər Əliyevin həyatı ilə başlamış, addım adım irəliləmiş, işğallar, köçkünlük, təziqlər, məğlubuyyətlər belə yaşasaqda zəfərə gedən bu yolda sarsılmadan, geri dönülmədən, hər bir əziyyət və çətinliyə sinə gəlinərək başa çatdırıldı. Bu 100 illik böyük bir Zəfər yolu idi. Bu yolun banisi hər bir azərbaycanlının qəlbində yaşayan Ulu Öndər Heydər Əliyev idi.
Bu gün biz Ulu Öndərin 100 illik yubleyini qeyd edərək onu yad edir, onu xoş niyyətlərlə anırıq.
Müəllif : Cəsarət İsrafil oğlu Məmmədov

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi