Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
21 Fev 10:46Cemiyyet
2022-Cİ İLDƏ APARDIĞIMIZ PROFİLAKTİKİ TƏDBİRLƏR MÜSBƏT NƏTİCƏ VERİB
2022-Cİ İLDƏ APARDIĞIMIZ PROFİLAKTİKİ TƏDBİRLƏR MÜSBƏT NƏTİCƏ VERİB.
Bunu Respublikaxəbər.az-a Şəki ŞRPŞ-nin DYPB-nin Təbliğat-Təşviqat işləri üzrə inspektoru Tural Niftaliyev deyib.
Şəki Dövlət Yol Polisi ötən illərdə olduğu kimi, 2022-ci ildə də hərəkət iştirakçılarını cərimələməyə deyil, maarifləndirməyə üstünlük verib.
Təhlükəsiz davranış vərdişlərinin aşılanmasına dair biliklərin əsası ümumtəhsil məktəblərində qoyulur. Ölkənin bütün vətəndaşları təhsil sistemindən keçdiyinə görə, böyüməkdə olan nəslə küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması çox vacib və ictimai əhəmiyyətli məsələdir.
Uşaqlar tərəfindən yol verilən pozuntular tez-tez təkrar olunmaqla mütəmadi xarakter daşıyır. Çünki uşaqların yol verdiyi xeyli sayda pozuntudan ən yaxşı halda yalnız biri qorxu ilə “cəzalandırılır”, qalanları isə qeyri-iradi olaraq uşağın şüurunda mümkün olan, hətta düzgün hərəkətlər kimi qərar tapır. Beləliklə, səhv və təhlükəli vərdişlər və adətlər formalaşaraq möhkəmlənir. Orta hesabla yol verilən 400-ə yaxın pozuntudan biri təkərlər altında tələf olmaq və ya ciddi zədə almaqla nəticələnir. Hətta belə tənasüb uşaq yol-nəqliyyat travmatizminin yüksək səviyyəsinə gətirir. Onu demək kifayətdir ki, 2022-ci ildə respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 41 %-dən çoxu, Şəki Dövlət Yol Polis Bölməsinin xidməti ərazisində isə 50%-i piyadaların iştirakı ilə baş verib.
Təəssüflər olsun ki, uşaqlarla bağlı yol-nəqliyyat hadisələri valideynlər, uşaqların yaşıdları və hətta müəllimlər tərəfindən tez-tez təsadüfi bədbəxt hadisələr kimi qəbul edilir və qiymətləndirilir.
Əgər uşaqların bilik və vərdişlərinin daha çox təsadüfi amillərdən asılı olmasını nəzərə alsaq, onların yol-nəqliyyat hadisələrinə məruz qalması təbiidir. Bu halda hadisəni konkret səhvlərin, qabağı görmə və təcrübə çatışmamazlığının, düzgün qərar qəbul etməyi bacarmamağın, özündən razılığın, habelə qaydaları bilməməklə yolda təhlükəsiz davranış vərdişlərinin olmasının nəticəsi kimi qəbul etmək lazımdır.
Yol-nəqliyyat hadisələrini təsadüfi kimi qəbul etməyə meylli olanlar bu hadisələrin iştirakçılarının hərəkətlərini hadisələrin axını prosesində “hadisə ehtimalı” bucağı altında qiymətləndirirlər. “Əgər piyada azacıq da olsa cəld, avtomobil isə azacıq da olsa sağ tərəfdən və ya yavaş hərəkət etsəydi, onda... və s”. belə meyllərin təhlükəli olması barədə əlavə şərhə ehtiyac yoxdur.
Beləliklə, özləri də bunu güman etmədən belə qiymətləndirmənin tərəfdarları heç bir ciddi tənqidə tab gətirməyən “şəraitlər nəzəriyyəsi”nin tərəfdarlarına çevrilirlər. Elmi yanaşma və hərəkətlərin dəqiq şəkildə öyrənilməsi isə hadisənin baş verməsinə qədər olan prosesdə və hadisənin baş verməsində piyada tərəfindən törədilmiş pozuntuların mövcudluğu dəqiq nəzərə çarpır.
“Şəraitlər nəzəriyyəsi”nin nöqsanı (çatışmazlığı) tamamilə aydındır. Belə ki yol-nəqliyyat hadisələrinin tədqiqi nəticələrinə olan elmi yanaşma: birinci-şəraitin. yol-nəqliyyat hadisələrinin yaranmasında möhkəm qanunauyğunluğu (onun baş verməsi və davam etməsi və ya gedişi), ikinci – yolda meydana gələn qəza şəraitindən xeyli əvvəl yaranan tamamilə konkret şərtlərdən və şəraitlərdən hadisənin birbaşa asılılığını göstərir.
Təsadüfi yol-nəqliyyat hadisələri olmur.
Uşaqların iştirakı ilə baş verən bütün yol-nəqliyyat hadisələrinin 3/4 hissəsi onların düşünülməmiş hərəkətləri nəticəsində baş verir. Belə qəzaların baş verməsinə səbəb olan pozuntular bunlardır:
1.Yolun hərəkət hissəsinin keçid üçün nəzərdə tutulmayan yerlərdən keçilməsi;
2. Hərəkətdə olan, yerində dayanan nəqliyyat vasitələrinin və ya görünüşə əngəl törədən digər maneələrin arxasından qəflətən hərəkət hissəsinə çıxma;
3. Velosipedlə və roliklə hərəkət zamanı yol hərəkəti qaydaları tələblərinin pozulması;
4. Svetoforun və nizamlayıcının siqnallarına əməl olunmaması;
5. Yolun hərəkət hissəsində oynamaq.
Uşaqları yolda düşünülməmiş hərəkətlərdən necə çəkindirmək olar? Profilaktik tədbirlərin bütün mümkün kompleksindən ən əsası – uşaqlara (məktəblilərə) yol hərəkəti qaydalarının öyrədilməsi, onlara yolda təhlükəsiz davranış vərdişlərinin aşılanmasıdır. Tamamilə aydındır ki, hərəkət qaydalarını öyrənmədən və təhlükəsiz davranış vərdişlərini praktik tədris etmədən uşaqların öyrədilməsində və tərbiyə edilməsində əsas məqsədlərə, yəni:
- uşaq yol-nəqliyyat travmatizminin aşağı düşməsinə;
- məktəblilərə yolda ictimai davranış mədəniyyətinin aşılanmasına nail olmaq qeyri-mümkündür.
Bu zaman tədrisin ən vacib şərtləri bunlardır: məşğələlərin müntəzəmliyi; onların fasiləsizliyi; sistematik və ardıcıllığı; peşəkarlıqla keçirilməlidir. Artıq qeyd olunduğu kimi müxtəlif səbəblərə görə bu şərtlərə təhsil orqanlarında əməl olunmur. Lakin,tədris prosesinin effektliyinin yüksəldilməsinə Dövlət Yol Polisinin köməyinin artırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” nın məqsədlərinə uyğun olaraq, eləcə də Daxili İşlər Nazirliyinin müvafiq əmr və göstərişlərinin icrası ilə əlaqədar tərəfimizdən təhsil müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirilib. 2022-ci il ərzində, piyadaların intizamının artırılması və təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə, “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzusunda təhsil müəssisələrində 40, məktəbəqədər təhsil müəssisələrində isə 12 maarifləndirmə tədbirləri keçirilib.
Aparılmış profilaktiki tədbirlər müsbət nəticə verib. Belə ki, 2022-ci il ərzində Şəki Dövlət Yol Polis Bölməsinin xidməti ərazisində piyadanın iştirakı ilə 6 yol-nəqliyyat hadisəsinin baş verməsinə baxmayaraq, həmin hadisələrin heç biri piyadanın yol hərəkəti qaydasını pozması səbəbindən baş verməyib. Lakin, bu bizi arxayınlaşdırmır. 2023-cü ildə də, tədris prosesinin effektliyinin yüksəldilməsinə Dövlət Yol Polisinin köməyinin artırılması üçün piyadaların intizamının artırılması və təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə tərəfimizdən təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdiriləcəkdir.
Məqsədimiz, insanların həyat və sağlamlıqlarının qorunmasına xidmət etmək, xüsusilə uşaq travmatizminin qarşısının alınmasıdır.
Tural Niftalıyev Şəki DYPB

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi