Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
14 Okt 19:41Cemiyyet
"Şəki DYP" 12 nömrəli tam orta məktəbi mükafatlandırıb.
RESPUBLİKAXƏBƏR.AZ xəbər verir ki, Şəki DYP-i, Şəki şəhər 12 nömrəli tam orta məktəbi mükafatlandırıb
Respublikaxəbər.az-ın məlumatına görə Şəki Dövlət Yol Polisi 2022-ci il oktyabrın 14-də Şəki şəhəri 12 nömrəli tam orta məktəbdə tədbir keçirib. Tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi, polis baş leytenantı Tural Niftalıyev, Şəki Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın məsul katibi, böyük məsləhətçi Anar Məmmədov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki sektorunun baş məsləhətçisi Elxan Abdullayev, məktəbin direktoru Nəzakət Qəhrəmanzadə və məktəb kollektivi iştirak ediblər.
Öncə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi, polis baş leytenantı Tural Niftalıyev çıxış edərək tədbirin keçirilməsinin məqsədi barədə məlumat verib. O, bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün “Dövlət proqramı”nın məqsədlərinə uyğun, eləcə də Daxili İşlər Nazirliyinin müvafiq əmr və göstərişlərinin icrası ilə əlaqədar olaraq, Dövlət Yol Polisi tərəfindən uşaq travmatizminin qarşısının alınması üçün, piyadaların intizamının artırılması, təhlükəsiz davranış vərdişlərinin aşılanması, tədris prosesinin effektliyinin yüksəldilməsinə Dövlət Yol Polisinin köməyinin artırılması məqsədilə məktəb və məktəbəqədər təhsil müəssisələrində maarifləndirici tədbirlər həyata keçirilir.
Təhlükəsiz davranış vərdişlərinin aşılanmasına dair biliklərin əsası təhsil müəssisələrində qoyulur. Ölkənin bütün vətəndaşları təhsil sistemindən keçdiyinə görə, böyüməkdə olan nəslə küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması çox vacib və ictimai əhəmiyyətli məsələdir.
Daxili İşlər Nazirliyinin 09 sentyabr 2022-ci il tarixli, cari ilin sentyabr ayının 15-dən oktyabr ayının 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi barədə müvafiq göstərişinin icrası ilə bağlı Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən müəyyən işlər görülüb. Xüsusilə, məktəb və məktəbəqədər təhsil müəssisələrində profilaktiki tədbilərin həyata keçirilməsi intensivləşdirilib. Belə ki, aylıq ərəfəsində (15 iyul – 01 sentyabr) Şəki şəhəri ərazisində yerləşən 11 məktəbəqədər təhsil müəssisəsində maarifləndirici tədbir keçirilib. O cümlədən, aylıq ərzində (15 sentyabr – 14 oktyabr) 14 ümumtəhsil müəssisəsində ibtidai sinif şagirdləri ilə maarifləndirici tədbir keçirilib.
Şagirdlərə yol hərəkət qaydaları ilə bağlı bilik və bacarıqların aşılanmasında, eləcə də Dövlət Yol Polisi tərəfindən təhsil müəssisələrində keçirilən maarifləndirici tədbirlərin təşkilində həmin 11 məktəbəqədər təhsil müəssisəsi içərisindən 6-sı (1, 2, 8, 9, 14 və 22 nömrəli), 14 ümümtəhsil müəssisəsi içərisindən isə 5-i (1, 6, 9, 12 nömrəli məktəblər və Fizika-Riyaziyyat və Humanitar təmayüllü lisey) xüsusi olaraq fərqlənib.
Əvvəllər yol hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması məqsədilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yol hərəkət qaydaları barədə uşaq və yeniyetmələr arasında rəsm müsabiqəsi, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən isə şeir müsabiqəsi keçirilib, qalib şagirdlər mükafatlandırılıb. Bu dəfə isə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən fərqli bir addım atılması qərara alınıb. Belə ki, cari ildə “Diqqət, uşaqlar!” aylığı ərəfəsində və çərçivəsində (15 iyul – 14 oktyabr) maarifləndirici tədbir keçirilmiş 25 təhsil müəssisəsi (14 məktəb və 11 məktəbəqədər təhsil müəssisəsi) içərisindən şagirdlərə bilik və bacarıqların aşılanmasında eləcə də Dövlət Yol Polis Bölməsi tərəfindən təhsil müəssisələrində keçirilən maarifləndirici tədbirlərin təşkilində fərqlənərək ən yüksək nəticə göstərən məktəb kimi Şəki şəhər 12 nömrəli tam orta məktəbin mükafatlandırılması qərara alınıb. Nümunəvi təhsil müəssisəsini mükafatlandırmaqda məqsəd onu digər təhsil müəssisələrinə örnək göstərməkdir.
Sonra qonaqlar çıxış edərək, Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərini yüksək qiymətləndirdiklərini qeyd edərək öz təşəkkürlərini bildiriblər.
Daha sonra, polis baş leytenantı Tural Niftalıyev, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi adından, təhsilalanlarda “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət proqramı” çərçivəsində, eləcə də 2022-ci ilin sentyabr ayının 15-dən – oktyabr ayının 15-dək Respublika ərazisində keçirilən “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı ilə bağlı bilik və bacarıqların aşılanmasında fəal iştirakçılığa görə Şəki şəhər 12 nömrəli tam orta məktəb üçün təşəkkürnamə və hədiyyə təqdim edib.
Tədbirin sonunda, Şəki şəhər 12 nömrəli tam orta məktəbin direktoru, Nəzakət Qəhrəmanzadə, verilən qiymətə görə Dövlət Yol Polis Bölməsinin rəhbərliyinə və polis baş leytenantı Tural Niftalıyevə məktəb kollektivi adından minnətdarlıq bildirib.
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ