Sorğu
Оцените работу движка

26 Dek 10:12Cemiyyet

"ZABRAT 2-CÜMƏ MƏSCİDİNİN AXUNDU HACI EYVAZA VƏ DİGƏR ZƏHMƏTİ OLANLARA TƏŞƏKKÜR EDİRİK

RESPUBLİKAXƏBƏR.AZ xəbər verir ki, Elyaz Yazan, "ZABRAT 2-CÜMƏ MƏSCİDİ"-nin axundu Hacı Eyvaza və zəhmət çəkən hər bir şəxslərə təşəkkür edib.


"ZABRAT 2-CÜMƏ MƏSCİDİNİN AXUNDU HACI EYVAZA VƏ DİGƏR ZƏHMƏTİ OLANLARA TƏŞƏKKÜR EDİRİK

Elyaz Yazan:

Təxminən 15 gün bundan öncə bir nəfər möminə bacımızın hüzur mərasimi ilə bağlı onun səbəbi ilə Allah rızası üçün "Zabrat 2-Cümə məscidində ehsan süfrəsi açmaq üçün niyyət etmişdim. Bununla bağlı ilk öncə uzun illərdir dostluq münasibətim olan Qafqaz müsəlmanları İdarəsinin sədrinin səlahiyyətli nümayəndəsi, Hacı Əjdərbəy məscidinin axundu Hacı İlham qardaşımıza zəng etdim, məsləhət istədim. O da mənə Hacı Eyvazı tərif edərək, onun mobil əlaqə nömrəsini verdi. Mən Hacı Eyvaz ilə əlaqə saxladım, Hacı Eyvaz mənə elə bir möhtəşəm cavab verdi ki, mən özüm heyran qaldım. Hacı Eyvaz bildirdi ki, Siz Allah üçün bir iş görürsünüzsə, biz də Sizə dəstəyik. Çay süfrəsi də bizdən deyərək bizə dayaq durdu və həmçinin də bizim üçün məsciddə gözəl şərait yaratdı. Bundan əlavə də Məscidin məsul şəxsi Məşədi Fuad və Kərbəlayi Rəşad qardaşlar da yüksək səviyyədə əziyyət çəkdilər bizə köməklik göstərdilər. Onu da qeyd edim ki, ehsan yeməyinin hazırlanmasında əziz dostum Şahid, Aynurə xanım və qaynanam Nübar xanım da mənə kömək etdilər. Ehsan süfrəsinin açılmasında və süfrədən sonra qabların yuyulmasında həyat yoldaşım Nigar xanım da öz zəhmətini əsirgəmədi. Bütün bu şəxslərin hər birinə yüksək səviyyədə dərin minnətdaram. Rabbim Sizləri dostluqdan, qardaşlıqdan əskik etməsin. Onu da qeyd edim ki, məscidlərdə bu kimi şəraitlərin yaradılması heç şübhəsiz ki, Qafqaz müsəlmanları İdarəsinin sədri Şeyxulislam Hacı Allah şükür Paşazadə həzrətlərinin humanistliyidir.
Bir daha başda Şeyx həzrətləri, Hacı İlham və Hacı Eyvaz olmaqla, hər bir dosta təşəkkürümü bildirirəm.Əlavə olaraq da tərəfimdən təşəkkür məktubu ünvanlanacaq.

Hörmətlə: Elyaz Yazan



RESPUBLİKAXƏBƏR.AZ
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi