Sorğu
Оцените работу движка

19 Dek 11:55Cemiyyet

BALAKƏNDƏ şəhidlərin xatirəsinə həsr edilmiş "SİZƏ BİR ÖMÜR BORCLUYUQ" adlı kitabın təqdimat mərasimi keçirilib.

RESPUBLİKAXƏBƏR.AZ xəbər veri ki, Balakən şəhərində şəhidlərin xatirəsinə həsr edilmiş kitabın təqdimat mərasimi keçirilib.
Bu barədə RESPUBLİKAXƏBƏR.AZ-a kitabın müəllifi Nəfisət (Vahid) Qarakişiyeva Ağabala qızı bildirib.
O bildirib ki, həmin kitabın dərcinə, 2020-ci ilin sentyabr ayının 27-dən başlayan 44 günlük vətən müharibəsi zamanı başlayıb.
Mübarək şəhidlərimizin xatirəsinə həsr olunmuş, "SİZƏ BİR ÖMÜR BORCLUYUQ" adlı kitabda Balakən rayonunun 193 şəhidinin həyatı yazılıb.

Onu da qeyd edək ki, rayonda keçirilmiş möhtəşəm təqdimat mərasimində Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini və digər şəxslər, həmçinin yerli icra orqanları, eləcə də şəhid ailələri iştirak etmişdir.
Kitabın müəllifləri Nəfisət Vahid və onunla əl-ələ verib birgə əməkdaşlıq edən Şöyüb Mikayılov, təqdimat mərasimində iştirak edən hər bir şəxsə, həmçinin kitabın dərcində böyük əməyi olan Azərbaycan Respublikasının Milli Məclisisnin, Millət vəkili Nəsib Məhəməliyevə dərin təşəkkürünü bildirib.


Nəfisət (Vahid) qızı Qarakişiyeva Ağabala qızı, Balakən rayonunun Qazma kəndində yaşayır. Azərbaycan Respublikasının "RESPUBLİKA ƏSGƏR AİLƏS CƏMİYYƏTİ VTİB-nin Balakən rayon şöbəsinin, "ÇEŞMƏ ƏDƏBİ BİRLİYİNİN" sədri, YAZIÇI-PUBLİSİST. ümumilikdə 4 kitabın müəllifidir. "SİZƏ BİR ÖMÜR BORCLUYUQ" Balakən şəhidləri adlı kitabda Balakən rayonunun 193 şəhidinin şirin və acı həyatından bəhs olunub.
Nəfisət Vahid onu da qeyd edib ki, biz belə bir kitab dərc etməklə, vətənimizin azadlığı uğrunda qəhramancasına vuruşaraq canından və qanından keçən şəhidlərimizə, qazilərimizə və veteranlarımıza olan borcumuzu yerinə yetirmiş sayılmırıq. Sadəcə biz də əlimizdən gəldiyi qədər onları unutmamağa və unutdurmamağa çalışırıq. Rabbim cümlə şəhidlərimizə rəhmət etsin.

Biz də redaksiya heyyətimizin rəhbəri Elyaz Yazan başda olmaqla, bütün redaksiyya heyyətimiz adından yüksək səviyyədə əziyyət çəkərək, vətənpərvərlik hissi ilə belə bir möhtəşəm kitabı dərc etdiklərinə görə kitabın müəllifləri Nəfisət Vahid və Şöyüb Mikayılova, maddi dəstəyinə görə də millət vəkili hörmətli Nəsib müəllimə də dərin minnətdarlığımızı bildiririk.

BALAKƏNDƏ şəhidlərin xatirəsinə həsr edilmiş "SİZƏ BİR ÖMÜR BORCLUYUQ" adlı kitabın təqdimat mərasimi keçirilib.
BALAKƏNDƏ şəhidlərin xatirəsinə həsr edilmiş "SİZƏ BİR ÖMÜR BORCLUYUQ" adlı kitabın təqdimat mərasimi keçirilib.
BALAKƏNDƏ şəhidlərin xatirəsinə həsr edilmiş "SİZƏ BİR ÖMÜR BORCLUYUQ" adlı kitabın təqdimat mərasimi keçirilib.
BALAKƏNDƏ şəhidlərin xatirəsinə həsr edilmiş "SİZƏ BİR ÖMÜR BORCLUYUQ" adlı kitabın təqdimat mərasimi keçirilib.

RESPUBLİKAXƏBƏR.AZ
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi