Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
29 Sen 13:12Cemiyyet
YENİ DƏRS İLİNİN BAŞLANMASINI NƏZƏRƏ ALARAQ YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ SAHƏSİNDƏ ƏLAVƏ TƏDBİRLƏRƏ DAİR
YENİ DƏRS İLİNİN BAŞLANMASINI NƏZƏRƏ ALARAQ
YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN
EDİLMƏSİ SAHƏSİNDƏ ƏLAVƏ TƏDBİRLƏRƏ DAİR
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər Dövlət Yol Polisi tərəfindən bütövlükdə nəzarətdə saxlanılsa da, son vaxtlar respublika ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisələri ciddi narahatçılıq doğrurur.
Payız mövsümünün başlanması ilə əlaqədar havanın daha tez qaralması, yağmurlu və dumanlı olması, bir sıra yol sahəsində isə süni işıqlandırma sistemlərinin və işıqəksetdirici elementlərin olmaması, habelə yol nişanlarının çatışmazlığı və nişanlama xətlərinin pozulması bu növ hadisələrin daha da artmasına şərait yaradır. Bu barədə Respublikaxəbər.az-a Şəki ŞRPŞ-nin DYPB-dən bildirilib.
Odur ki, yeni dərs ilinin başlanmasını nəzərə alaraq Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən yollarda piyadaların və hərəkətin digər iştirakçılarının təhlükəsizliyinin təmini məqsədi ilə hərəkətin təşkili sahəsində mövcud olan nöqsan və çatışmazlıqlar 2022-ci il sentyabrın 15-dək tez bir zamanda aradan qaldırılıb.
Ümumi istifadədə olan nəqliyyat vasitəslərinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə, fiziki və hüquqi şəxslərin maarifləndirilməsi üçün istismara yararsız, köhnə, əlavə oturacaq yerləri quraşdırılmış avtobus və mikroavtobuslarla şəhərlərarası (rayonlararası) müntəzəm və qeyri-müntəzəm sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsinin yolverilməzliyi mövzusunda profilaktik tədbirlər həyata keçirilir.
Növbəti tədbir, 2022-ci il sentyabrın 29-da “Xan Sarayı” MMC-nin rəhbərlik və sürücüləri ilə keçirilib. Tədbir zamanı, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev çıxış edərək bildirib ki, respublika ərazisində cari ilin 8 ayı ərzində nəqliyyat vasitələrinin texniki nasazlığı səbəbindən 10 ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bildirilib ki, istismara yararsız, əlavə oturacaq yerləri quraşdırılmış avtobus və mikroavtobuslar müntəzəm və qeyri-müntəzəm sərnişindaşıma fəaliyyətindən kənarlaşdırılacaq, eləcə də dövlət qeydiyyat nişanları yararsız olan, qanunla müəyyən edilmiş müddətdə texniki baxışa təqdim edilməyən belə nəqliyyat vasitələrinin mülkiyyətçiləri və istifadəçiləri barədə qanunamüvafiq tədbirlər görüləcəkdir. O cümlədən, sərnişinlərin və hərəkətin digər iştirakçılarının təhlükəsizliyi məqsədilə sifariş edilən nəqliyyat vasitələrinin texniki sazlığına diqqət edilməlidir və istismara yararsız nəqliyyat vasitələrindən istifadə edilməməlidir.
Respublikaxəbər.az-ın məlumatına görə tədbirin yekununda “Xan Sarayı” MMC-nin direktoru Səxavət Davudov sərnişindaşıma fəaliyyətində istifdə edilən nəqliyyat vasitələrinin texniki sazlığını, müəyyən edilmiş qaydada və müddətdə texniki baxışa təqdim edilməsini ciddi nəzarətdə saxladıqlarını bildirərək, belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib, öncədən xəbərdarlıq edildikləri üçün Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə minnətdarlığını bildirib.
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi