Sorğu
Оцените работу движка

15 Sen 12:33Cemiyyet

Şəhid baş leytenant Cavidan Bədəlov İsmayıllıda dəfn olunub - FOTO

Respublikaxəbər.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribat zamanı şəhid olan Azərbaycan ordusunun hərbi qulluqçusu, baş leytenant, 1996-cı il təvəllüdlü Bədəlov Cavidan Zaur oğlunun cənazəsi bu gün doğulduğu İsmayıllı rayonunun Talıstan kəndinə gətirilib.

Respublikaxəbər.az-ın məlumatına görə, şəhid Cavidan Bədəlovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, hərbçi qardaşı, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib.

Şəhid Cavidan Bədəlov həmin kəndin qəbiristanlığında dəfn olunub, cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı şəhidin atası Zaur Bədəlova təqdim olunub, havaya yaylım atəşi açılıb.

Şəhid baş leytenant Cavidan Bədəlov İsmayıllıda dəfn olunub - FOTO

Şəhid baş leytenant Cavidan Bədəlov İsmayıllıda dəfn olunub - FOTO

Şəhid baş leytenant Cavidan Bədəlov İsmayıllıda dəfn olunub - FOTO

Şəhid baş leytenant Cavidan Bədəlov İsmayıllıda dəfn olunub - FOTO

Şəhid baş leytenant Cavidan Bədəlov İsmayıllıda dəfn olunub - FOTO

Şəhid baş leytenant Cavidan Bədəlov İsmayıllıda dəfn olunub - FOTO

Şəhid baş leytenant Cavidan Bədəlov İsmayıllıda dəfn olunub - FOTO

Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi