Sorğu
Оцените работу движка

14 Sen 11:07Cemiyyet

Şəhid Vadim Qocayev atası ilə birgə Qobustanda dəfn olunub - FOTO

Respublikaxəbər.az xəbər verir ki, Şəhid Vadim Qocayevlə atası Alik Qocayevin cənazəsi bu gün Qobustan rayonuna gətirilərək Sündü kəndindəki şəhid məzarlığında birgə dəfn olunub.

Respublikaxəbər.az-ın məlumatına görə, əvvəlcə onların yaşadığı evdə cənazə namazı qılınıb, ruhlarına dualar oxunub.


Dəfn mərasimində şəhidin yaxınları, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin məsul şəxsləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, düşmən təxribatı nəticəsində şəhid olan xüsusi təyinatlı hərbi qulluqçumuz Vadim Qocayevin atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib. Şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan ata oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirərək dünyasını dəyişib.

Xatırladaq ki, 1997-ci il təvəllüdlü şəhid Vadim Qocayev Qobustanın Sündü kənd sakinidir. Onun bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir. Vətən Müharibəsi iştirakçısı olan Vadimin bir yaşlı qızı var, bu günlərdə onun ikinci övladı dünyaya gələcək.

Şəhid Vadim Qocayev atası ilə birgə Qobustanda dəfn olunub - FOTO
Şəhid Vadim Qocayev atası ilə birgə Qobustanda dəfn olunub - FOTO
Şəhid Vadim Qocayev atası ilə birgə Qobustanda dəfn olunub - FOTO
Şəhid Vadim Qocayev atası ilə birgə Qobustanda dəfn olunub - FOTO
Şəhid Vadim Qocayev atası ilə birgə Qobustanda dəfn olunub - FOTO

Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi