Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
04 Sen 08:58Cemiyyet
ELYAZ YAZAN, ATASININ DOĞUM GÜNÜNÜ TƏBRİK ETDİ
RESPUBLİKAXƏBƏR.AZ, xəbər verir ki, bu gün yəni 4 sentyabr, Elyaz Yazanın atası Ağasəf müəllimin doğum günüdür və belə bir gün münasibəti ilə Elyaz Yazan, atası Ağasəf müəllimi 71 yaşının tamam olması ilə bağlı təbrik edib.
Təbrikdə deyilir:
Elyaz Yazan____
Əziz və hörmətli atam Ağasəf müəllim!
Ona görə həm ata, həm də müəllim deyə müraciət edirəm ki, Sən mənim ilk öncə atam və sonra da müəllimim olmusan.
Məxluqat içində insana ən yaxın və şəfqətə layiq olan ana və atadır. Çünki, Allahu təala, ana-ataya hörməti özünə edilən ibadətlə bərabər tutu. Qurani kərimin İsra surəsinin 23-24 cü ayələrində, həmçinin Loğman surəsinin 15-ci ayəsində ana və ataya hörmət etməyin, onlara xidmət etməyin fəzilətindən bəhs edir.
Bizi heç yoxdan var edən, vardan yox edən (yaradan), bizə saysız-hesabsız nimətlər bəxş edən Rabbimizə ibadət etmək necə ki, bir müsəlmançılıq vəzifəmizdir, O cümlədən bizim yaranmağımızda vasitə olan (doğan-əkən) Siz valideynlərə hörmət, sayğı,diqqət və qayğı göstərmək Allahın bizim üzərimizə qoyduğu bir vəzifədir və borcdur. Uca Allah Siz valideynlərə qarşı necə davranmağımızı müqəddəs kitabımız Qurani kərimdə belə bildirir.
"ONLARDAN BİRİ VƏ YA HƏR İKİSİ SƏNİN YANIINDA YAŞLANARSA, ONLARA "OF" BELƏ DEMƏ! ONLARI AZARLAMA, ONLARA GÖZƏL SÖZ SÖYLƏYƏRƏK KÖNÜLLƏRİNİ XOŞ EYLƏ! SİZ KİÇİK OLAN ZAMAN,ONLAR sİZƏ NECƏ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİBLƏRSƏ, SİZ DƏ ONLARA O ŞƏKİLDƏ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİN. (İSRA SURƏSİM-23C-CÜ AYƏ) Yuxarıda qeyd etdiyim ayələrdə də valideyn haqqında gözəl kəlamlar buyurur uca Allah.
Nəticə etibarı ilə qeyd edim ki, həqiqətən sən biz övladlara layiqli bir ata olmusan, eləcə də bizə elm öyrətmisən, bizə tərbiyə vermisən. İnsanlıq içində bizi nümunəvi insan olaraq yetişdirmisən. Bundan əlavə sən, bizə böyüklük etdiyin kimi, bizə diqqət və qayğı göstərdiyin kimi, həmçinin özün də xalqa, millətə, dövlətə və cəmiyyətə layiqli bir insan olmusan. Sənin 71 yaşın tamam oldu bu gün. Ömrünün 50 ilini dövlətə xidmətdə xərcləmisən. Sən hər zaman bizə dövlətə və dövlətçiliyə hörmət etməyi tövsiyə etiyin kimi özün də dövləti və dövlətçiliyi dəstəkləmisən və yorulmadan gənc çağlarından dövlətə xidmət etməyə başlamıısan. Odur ki, sən həqiqətən yüksək səviyyədə tərifə və öyünməyə layiq atasan. Mən və digər ailə üzvlərimiz sənin kimi ata ilə fəxr edirik. Fürsətdən istifadə edərək ilk öncə özümün, qardaş və bacılarımın, anamızın həyat yoldaşımızın, eləcə də nəvələrinin, bircə nəticən olan Elnazın adından təbrik edirəm. Yaşa!Yaşa!Yaşa! Sənə uzun və xeyirli ömür arzulayırıq! Sənin hər il doğum günün olanda sənə baxıb, fəxr edirik. sənin yaşamağınla biz də çox xoşbəxt yaşayırıq. Sən yaşa ki, biz də xoşbəxt yaşayaq. Eşq olsun sənə!
İnan ki, sənin barəndə saatlarla deyil, günlərlə və aylarla da yazsam sonlanmaz. Sən bizə elə bir ata olmusan.
Hörmətlə:
Elyaz Yazan Gülüyev
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi