Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
19 Avq 06:51Cemiyyet
ONUN ELƏDİYİ ALCAQLIQDIR, "AMMA VƏZİFƏ SƏLAHİYYƏTLƏRİNİ AŞMAQ...."
“Burada gizli çəkilişdən söhbət gedə bilər. Amma prokurorluğun məlumatında vəzifə səlahiyyətlərini aşma maddəsi haqda konkretlik yox idi. Burada vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdən söhbət gedə bilməz”
RESPUBLİKAXƏBƏR.AZ-ın məlumatına görə bu sözləri Yenisabah.az-a vəkil Mehman Muradlı Baş Prokurorluğun polkovnik Zaur Mirzəyev barəsində Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanmasına münasibət bildirərkən deyib.
Mehman Muradlı deyib ki, vəzifə səlahiyyətini aşmaq korrupsiya cinayəti sayılır: “Kimsə kiməsə onunla cinsi əlaqədə olmağa psixoloji təzyiq edirsə, bunu etməsə, hətta işdən azad edəcəyini deməsi belə, vəzifə səlahiyyətlərindən sui-istifadə demək deyil. Bu, artıq, Əmək Məcəlləsi ilə tənzimlənən məsələdir. Burada cinayət tərkibi yoxdur. Mən o adamı müdafiə etmirəm. Onun elədiyi alçaqlıqdır. Amma bu məsələnin mənəvi tərəfidir”.
Vəkil bildirib ki, belə hadisələr insanlarda dövlət orqanalrına qarşı inamı sındırmaqla yanaşı orada işləyən doğmalarına güvəni də heçə endirir:
“Kimdəsə həyat yoldaşına, bacısına, anasına qarşı inamsızlıq formalaşdıracaq. Bu artıq pornoqrafik materialları yaymaqdır, gizli çəkilmiş materialdır. Vəzifədə olan da, olmayan da bunu edə bilər. Kiminsə kimləsə cinsi münasibət yaşaması vəzifə səlahiyyəti deyil. Amma Əmək Məcəlləsində cinsi qısnama var. Burada heç bu da yoxdur. Cinsi qısnama kiminsə kiməsə onunla cinsi münasibət yaşamasa işdən çıxması və ya cinsi əlaqə yaşaması üçün etdiyi psixoloji təzyiqdir. Burada bu materialı yayan adamı tapmaq lazımdır, əgər, şəxs özü yayıbsa, deməli, ilk cinayəti edib. Digər cinayət əməlini isə, bunu sosial şəbəkələrə buraxanlar edib. Burada da həbs yox, cərimə ola bilər”.
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi