Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
28 Mar 15:05Cemiyyet
Azərbaycanda maska tələbi və COVID pasportu nə vaxt ləğv ediləcək?- AÇIQLAMA
Azərbaycanda pandemiya ilə bağlı bir çox qadağalar aradan qaldırılsa da maska və COVID pasportu tələbləri qüvvədə qalıb. Vətəndaşlar maskasız və peyvənd sənədi olmadan qapalı məkanlara daxil ola bilmirlər.
Respublikaxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, mövcud durumda ölkədə maska və COVID pasportu ilə bağlı yumşalmaların olması gündəmə gəlib.
Sosial şəbəkələrdə müzakirələr zamanı da insanlar bu məhdudiyyətlərin nə zaman ləğv ediləcəyini müzakirə edirlər. İnsanları düşündürən suala cavab tapmaq üçün millət vəkili Fazil Mustafaya müraciət etdik. Deputat BAKU.WS-ə bildirib ki, maska və COVID pasportu ilə bağlı tələbin aradan qaldırılmasının tərəfdarı deyil:
"Koronavirus kifayət qədər mədəni hadisədir. Cəmiyyətin bu prosesi birlikdə və mədəni komponent üzərindən gerçəkləşdirmə məsələsidir. Azərbaycanda artıq yaslar və toylarla bağlı qadağa yoxdur. 5 il bundan qabaq dünyasını dəyişən üçün də yas mərasimi keçirilir. Hamı dolur bir məkana və saatlarla əvvəlki qayda ilə orada otururlar.
Etiraf edim ki, bizi ya inzibati məsuliyyət, ya da ilahi və ya təbii məcburiyyətlər özümüzü qorumağa yönəldir. Mütləq xəstəlik olmalıdır ki, qorxudan özümüzü qoruyaq. Pandemiya dövründə tədbirlər az sayda insanın iştirak ilə baş tuturdu. Hazırda həm toylar, həm də yaslarla bağlı əvvəlki vəziyyətə qayıtmışıq. Bu o, deməkdir ki, biz sadələşməni sevmirik.
Belə tezliklə müəyyən qadağaları ləğv etmək ölkəmiz üçün yenidən ağır nəticələrə səbəb ola bilər. İnsanlarımız elə düşünürlər ki, hər şey bitib və keçmişdəki adətlərə qayıtmaq olar. Buna görə, maska və COVID pasportu ilə bağlı tələbin aradan qaldırılmasının tərəfdarı deyiləm. Əks təqdirdə yenidən ölkəmizdə yoluxma sayında artım müşahidə oluna bilər.
Fikrimcə, yaslar və toylar davam etdikcə yoluxma daha da artacaq. Qarşıdan Ramazan ayı gəlir və bu müəyyən məsələləri səngidə bilər. Digər tərəfdən Ramazan ayında da qaydalara riayət etməyənlər olur.
Bütün bunlar fonunda nəzərə almaq lazımdır ki, hazırda Ukraynada aclıq hökm sürür və Rusiyada isə iqtisadi vəziyyət ağırlaşıb. Başa düşmək lazımdır ki, artıq Ukrayna və Rusiyadan ərzaq gəlmir. Buna görə ərzaq bahalaşması ola bilər".
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi