Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
07 Mar 15:28Sehiyye
Azərbaycanda qapalı yerlərdə maska taxmaq tələbi niyə ləğv edilmədi? - AÇIQLAMA + ÖZƏL
Bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda karantin qaydalarının yumşaldılması ilə bağlı qərar qəbul etdi. Yeni qərarla ölkədə əksər məhdudiyyətlər aradan qalxdı. Artıq əhali arasında pandemiya dövrünün başa çatması ilə bağlı fikir formalaşır. Bəs görəsən, həqiqətən də, pandemiya dövrünün sonu gəlibmi?
Respublikaxeber.az xəbər verir ki, Mövzu ilə bağlı KONKRET.az-a danışan tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, artıq virusa qarşı kollektiv ummunitet formalaşıb:
“Virusun mutasiyaları davam edir. “Omikron” ştamı koronavirusun sonuncu ştamı deyil. Bundan sonrakı ştamların necə olacağı barədə birmənalı fikir bildirmək çətindir. Lakin “omikron” ştamı koronavirusun əvvəlki ştamlarından xeyli fərqli davranış göstərdi və yoluxuculuq qabiliyyəti yüksək oldu. Bu ştama yoluxan şəxslərdə də ağırlaşmalar çox olmadı. Bütün bunlar pandemiyanın getdikcə zəiflədiyinə dair müəyyən ümidlər yaradır. Əsas məsələ budur ki, “omikron” ştamı vaksin olunan və olunmayan hər kəsi virusa yoluxdurdu. Kollektiv immun sisteminin formalaşmasında bu çox vacib rol oynadı. Hesab edirəm ki, Azərbaycan kimi əhalisinin böyük əksəriyyətinin vaksin olunduğu bir ölkədə “omikron” ştamının da əlavə olaraq immuniteti gücləndirməsi pandemiya ilə mübarizəyə xeyli kömək etdi. Yəni belə demək olarsa, “omikron” vaksin qədər vacib iş gördü və bir növ təbiətin immmunizasiyası oldu”.
Ekspertin sözlərinə görə, epidemioloji vəziyyətə uyğun olaraq bəzi yumşaldılmaların olması vacibdir:
“Karantin qaydalarının yumşaldılması ilə bağlı qəbul edilən bütün qərarlar təkcə Azərbaycanda qəbul olunmayıb. Ümumdünya Səhiyyə Təşkilatının bu barədə bəzi tövsiyələri var. Qardaş ölkə Türkiyə də yumşalma ilə bağlı müəyyən addımlar atıldı. Biz dünya ölkələrinin getdiyi yol ilə gedirik. İnsanlar artıq sərt karantin qadağalarından bezib. Əhalini ağır stresdən çıxarmaq üçün epidemioloji vəziyyətə uyğun olaraq müvafiq qərarlar verilməlidir.Qapalı yerlərdə maska məhdudiyyəti Türkiyədə artıq ləğv edilib. Yəqin ki, analoji qərar bizdə də tətbiq olunacaq. Hesab edirəm ki, bu məhdudiyyət aradan qalxarsa, daha yaxşı olar”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi