Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
03 Fev 18:28Cemiyyet
Azərbaycandan beynəlxalq ictimaiyyətə - Çağırış
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın müharibə zamanı istifadə etdiyi kasetli bombaların partlaması nəticəsində mülki şəxsin həlak olması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.
Respublikaxeber.az Manşet.az-a istinadən xəbər verir ki, çağırışda deyilir:
“Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin, sosial, tarixi və mədəni, strateji əhəmiyyətli obyektlərin ağır artilleriya qurğularından və qadağan olunmuş silahlardan atəşə tutulması nəticəsində həmin yerlərə ciddi ziyan dəyib, çoxsaylı insan tələfatı və yaralanma halları baş verib.
Məlumdur ki, 2020-ci il 6 oktyabr tarixində gecə saatlarında münaqişə zonasından uzaqda yerləşən, mülki əhalinin sıx yaşadığı Yevlax rayonu ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri də kaset tipli raket zərbələrinə məruz qalıb.
Təəssüflə bildiririk ki, 2022-ci il 1 fevral tarixində gecə saatlarında Yevlax rayonu ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov məhz kasetli bombanın partlaması və çoxsaylı qəlpə yarası alması nəticəsində həyatını itirib.
Hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən törədilmiş çoxsaylı müharibə cinayətlərinin acı nəticələrini mülki əhali hələ də yaşamaqdadır. Ermənistanın partlamamış silahlarla, mina və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərin tam və dəqiq xəritələrini verməkdən imtina etməsi isə daha çox tələfata səbəb olmaqla, insan hüquqlarına ciddi təhdid olaraq qalır.
Bu baxımdan, beynəlxalq təşkilatları, xarici ölkələrin Ombudsman və milli insan hüquqları təsisatlarını regionda sülhə maneə yaradan Ermənistanın törətdiyi insan hüquqları pozuntularına münasibət bildirməyə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun qəti tədbirlər görməyə çağırıram”.
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib