Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
22 Avq 21:12Bolge-Xeberleri
SON DƏQİQƏ:Göyçay RİH-dən aksiya ilə bağlı açıqlama -VİDEO
Bir neçə gün öncə Göyçay rayon Xəlitli kəndində örüş yerlərinin icra nümayəndəsi tərəfindən zəbt olunması ilə bağlı AzTimes.az, baxar .az, Kanal 13- də ictimailəşmiş aksiya ilə əlaqədar olaraq yeni görüntülər yayılıb. Kənd sakinləri sakit həyat yaşadıqlarını, öz təsərrüfatları ilə məşğul olduqlarını bildiriblər. Sakinlər kənd icra nümayəndəsinin onlara qarşı çox amansız davrandığını, tez-tez icra hakiminin adından danışaraq onları dövlətə və rayon rəhbərliyinə qarşı ikrah yaratmaqda ittiham ediblər.
Bundan başqa regionda ipəkçiliyin inkişafına təkan məqsədi ilə gər ağaclarının əkilməsi məqsədi ilə ayrılmış torpaq sahəsinin örüş sahəsi olduğunu,təyinatının dəyişilməyərək orada tut ağaclarının əkildiyini, lakin o ağacların icra nümayəndəsi tərəfindən məhv edilərək məsuliyyətin kənd əhalisi üzərinə atıldığını iddia edirlər.
Xəlitli kəndinin icra nümayəndəsi Əhməd Məmmədov isə öz açıqlamasında bildirib ki, həmin əraziyə kənd sakinlərinin mal-qarasını ötürməsi nəticəsində bütün ağacların məhv olub. Bundan başqa o vətəndaşla insidentinə də açıqlama gətirərək vətəndaşların fikrinin heç bir əsas daşımadığını bildirib:
Mövzu barədə AzTimes.az-a istinadən Respublikaxəbər.az saytına açıqlama verən Göyçay icra başçısı Mehdi Səlimzadə vətəndaşlarla mütəmadi əlaqədə olduğunu, onların problemlərini şəxsən özü dinlədiyini bildirib: ” Əslində problemin belə qabarması sakinlərin günahıdır. Bunu ərkyana deyirəm. Onlar mənlə danışmalı idilər. Əgər mən onları dinləməsəydim,onda siz deyəndir. Amma bunu hamı bilir ki, mən karantin dövrü belə vətəndaş qəbulunu dayandırmamışam. Göyçay sakinlərinin qəbulu şəxsim tərəfindən online şəkildə aparılıb . Cənab Ali Baş komandan bizi icra başçısı təyin edib ki, sakinlərin qayğısına qalaq. Göyçay sakinləri mənə prezidentimin əmanətidir. Mən onun əmanətini göz üstə tutmağa hazır bir əsgəriyəm . O ki ,qaldı icra nümayəndəsinə, od olmayan yerdən tüstü çıxmaz. Əhməd Məmmədov haqqında araşdırmalar başladılıb. Ən yaxın zamanda haqqında lazımi tədbir görüləcək.” – deyə Mehdi Səlimzadə bildirib.
Nəzərinizə çatdıraq ki, Mehdi Səlimzadə vətəndaşla ən çox təmasda olan icra hakimləri sırasındadır. Onu sıravi vətəndaşla sadə çay evində səmimi söhbət edərkən görmək sakinlər üçün adi haldır. Karantin rejmi ərəfəsində yüzlərlə vətəndaşa ərzaq yardımı edilərək vətəndaşların Maddi durumu tənzimlənib. Göyçay icra hakimiyyəti ilk və yeganə icra strukturudur ki, media üçün “Açıq qapı” təşkil edib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər