Sorğu
Оцените работу движка

03 Avq 17:36Bolge-Xeberleri

Zərdabda torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanıldı

Zərdabda torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanıldı


Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Alıcanlı kənd sakini Orxan Əmirov saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ona məxsus kənd ərazisindəki torpaq sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 2 kiloqram 105 qram olan səkkiz çətənə kolu aşkar olunaraq götürülüb.

Orxan Əmirov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl şəxsi istifadəsi üçün əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işinə başlanılıb, istintaq tədbirləri davam etdirilir.



Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi