Sorğu
Оцените работу движка

23 İyl 16:28Bolge-Xeberleri

Şəmkirdə mağazalardan qadın paltarları oğurlayan şəxslər tutulub - FOTO

Şəmkirdə mağazalardan qadın paltarları oğurlayan şəxslər tutulub - FOTO

Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaqda şübhəli bilinən Ağstafa rayon Köçəsgərli kənd sakinləri, əvvəllər məhkum olunmuş 36 yaşlı Eldəniz Qasımov və onun bacısı İlhamə Qasımova saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Respublikaxəbər.az-a verilən məlumata görə, saxlanılan şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar cari ilin may-iyul aylarında rayon ərazisindəki mərkəzi bazarda yerləşən qadın geyimləri satılan 3 mağazadan 2160 manat dəyərində ümumilikdə 59 dəst qadın paltarı oğurlayıblar.

Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf edərək bildiriblər ki, əvvəlcədən planlaşdırdıqları kimi , ayrı-ayrı vaxtlarda mağazaya daxil olub, satıcının diqqətini yayındırmaqla oğurluq ediblər.

Hazırda həmin şəxslərin respublikanın digər şəhər və rayonlarında analoji cinayətləri törədib-törətməməsi istintaq tədbirləri ilə müəyyənləşdirilir.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi