Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
27 Yan 09:05Bolge-Xeberleri
Ucarda direktor müavini öz xanım direktorunu İFŞA etdi - "istədiyi pulu verə bilmədiyim üçün.."
Ucar rayonu Qarabörk kənd sakini Əliyev Allahverdi Tarif oğlu Demokratik.Az-ın elektorn poçt ünvanına ŞİKAYƏT mətni ünvanlayıb. Vətəndaşın şikayətində göstərdiklərini olduğu kimi oxucu diqqətinə çatdırıq:
"Bildirirəm ki, mən Ucar rayonu Qarabörk kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyirəm. İşlədiyim 12 il müddətində heç bir nöqsana yol verməmişəm. Ancaq indi istədiyi pulu verə bilmədiyim üçün Ucar rayonu Qarabörk kənd tam orta məktəbin direktoru Aysel Həmidova məni işdən çıxaracağı ilə hədələyir.
15 Sentyabr 2020-ci il tarixdə Ucar rayonu Qarabörk kənd tam orta məktəbə direktor təyin olunan Aysel Həmidova gəldiyi gündən məktəbi biznes sahəsinə çevirib, yalnız pul toplamaqla məşğuldur, vəzifəsindən sui-istifadə edərək, iş rejimini, qaydalarını, əmək normalarını pozur. Aysel Həmidova ilin əvvəlində dərs bölgüsü zamanı müəllimlərin adına dərs, dərnək, məşğələ yazır, hər ay həmin pulların ona verilməsini tələb edir. İşdən bir günlük icazənin qiyməti 15-20 manatdır. Bəzi texniki işçilərin işə normal davamiyyətinə göz yumur, əvəzində onlardan pul alır. Hər ay “Fond pulu” adı ilə müəllimlərdən 15-20 manat məbləğində pul yığılır ki, buda bir ayda 1200 manat pul edir. Adında belə qoyub ki, Fonda yığılan puldan məktəbin xərcləri ödəniləcək. Ancaq bu 1 il 6 ay ərzində Fonda yığılan puldan cəmi bir ədəd 200 manat qiymətinə olan hidrofon aparatı alınıb onunda 125 manatı fonddan ödənilib 125 manat maqazinə borclu qalıb.
Məktəbin direktoru Aysel Həmidova xəstəlik səbəbindən bulletendə olan müəllimlərin dərslərini digər əvəzçi müəllimə yazaraq pulunu mənimsəyir. Aysel Həmidova məktəbdə sağlam emosiya ilə mühit yarada bilmir. Ancaq öz cibini və xeyrini güdür. Bütün müəllimləri və işçiləri təzyiq altında saxlayır. Məktəbdə kütləvi narazılıq hökm sürür.
Onun məktəbin necə idarə olunmasından, müasir təlim texnologiyalarından xəbəri yoxdur, İKT bilikləri sıfır səviyyəsindədir, ən sadə əməli yazı nümunələrini yazmağı bacarmır, məktəbdə kargüzarlıq və sənədləşmə işləri biabırçı vəziyyətdədir.
Direktor məktəb daxilində dırnaqarası “ştat” formalaşdırıb və işə düzəltmək adı ilə kənddə bir neçə nəfərdən pul alıb. Məktəbin bufetini işlədən Kifayət adlı kənd sakinindən məktəbə texniki işçi kimi qəbul edəcəyi adı ilə 2500 manat pul alıb. Ancaq hələdə onu işə qəbul edə bilməyib nədə ki, pulunu geri qaytarmayıb.
Məktəbdə adı olan özü isə bir gündə işə gəlməyən musiqi müallliminin hər ay əmək haqqın direktor Aysel Həmidva alır.
Diqqət edin ki, bu Aysel Həmidova necə yararsız bir insandır ki, şəhidin məzarına əklil qoyulması üçün müəllimlərdən 150 manat pul toplayıb 20 manat dəyərində əkilili şəhidin məzarına qoydurub.Bu rəzalətdir ki, məktəb direktoru şəhid adı altında alver edir.
Respublikada seçkilər keçiriləndə Qarabörk kənd tam orta məktəbində səsvermə məntəqəsi yaradılır.Səsvermə məntəqəsinə alınmış 700 manat dəyərində yeni elektrik genratorunu və bir neçə ədəd oturaq stolunu direktor evinə aparıb köhnələri ilə əvəzləmişdir.
Babayev Zahir və onun həyat yoldaşı Babayeva Limuzər məktəbdə növbəli gözətçi vəzifəsində işləsələrdə işə gəlmirlər. Məktəbin qorunması ancaq orada olan 26 ədəd müşahidə kameralarının ümüdünə qalıb.
Müşahidə kamerasından söz açılmşkən qeyd edim ki, direktora pul verib işə gəlməyənləri aşkar etmək üçün həmin müşahidə kameralarına baxmaq kifayətdir.
Aysel Həmidova əslən Goranboy rayonundandır Ucar rayonunun Qazyan kəndinə ərə gəlib. O özünü Təhsil Naziri Emin Əmrullayevin yaxın qohumu kimi qələmə verib korrupsiya əməlləri ilə məşğul olur.
Qarabörk kənd tam orta məktəbində təhsil adına böyük bir rəzalət yaşanır. Məktəbin direktoru təhsil ocağını biznes sahəsinə çevirərək öz bildiyini edir. İrad tutanlara isə, “Bu mənim işimdir, özüm bilərəm” deyir.
Ucar rayonu Qarabörk kənd tam orta məktəbi Heydər Əliyev Fondu tərəfindən yenidən tikilərək 15 senttyabr 2020-ci il tarixdə istifadəyə verilmişdir. 420 şagird yerlik məktəb binası 2 mərtəbə və 3 korpusdan ibarətdir. Mehriban Əliyevanın bu təşəbbüsünü Qarabörk kənd sakinləri alqışlayır. Ancaq çox təssüf olsun ki, belə yaraşıqlı müasir məktəbə fedal təfəkkürlü korrupsioner şəxs rəhbərlik edir.
Mən mətbuat vasitəsi ilə Təhsil Naziri cənab Emin Əmrullayevdən və hüquq mühafizə orqanlarından xahiş edirəm Ucar rayonu Qarabörk kənd tam orta məktəbə direktor Aysel Həmidovanın korrupsiya əmlləri tam hərtərəfli və obyektiv araşdırlısın barəsində ciddi tədbirlər görülsün".
Respublikaxeber.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi