Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
02 Okt 11:22Olke
Sabirabaddan nazirə müraciət olundu - GİLEY
Atatv.az-a istinadən Respublikaxəbər.az xəbər verir ki, Pandemiyanın ən böyük zərbə vurduğu sahələrdən biri təhsil sektorudur. Artıq aylardır ki, məktəblərdə tədris prosesi dayandırılıb. Hələlik ibtidai siniflərdə dərslər qismən bərpa olunsa da məktəblilərin böyük qismi təhsildən kənarda qalıb. Təhsil sistemində bu qədər böyük problemlərin yaşandığı bir zamanda təəssüf ki, məktəblərdən hələ də təhsil adına ləkə gətirən şikayətlər daxil olmaqdadır.
Sabirabad rayonundan Rubrika.az saytına müraciət edən şikayətçilər Təhsil naziri Emin Əmrullayevə üz tutaraq kömək istəyirlər. Şikayətçilər Sabirabad rayon 1 saylı tam orta məktəbin direktoru Sevinc xanımın fəaliyyətindən narazıdırlar. Onlar bildirirlər ki, Sumqayıtın keçmiş deputatı Mirzəcan Xəlilovun qardaşı qızı olan Sevinc xanım məktəbi şəxsi müəssisəsi kimi idarə edir.
“Bir neçə müəllim istisna olmaqla demək olar ki, hamı ondan qorxur. Dərs saatlarını öz bildiyi kimi pay-püşk edən direktor müəllimlərin adına dərs yazaraq pulunu mənimsəyir. Məktəbdə dərnəklər keçirilmir,hətta jurnalları belə aylarla yazılmır. Direktor məktəbi biznes sahəsinə çevirib,yalnız pul toplamaqla məşğuldur. Onun məktəbin necə idarə olunmasından xəbəri yoxdur-pullarını toplayır,vəssalam. Bütün işləri isə müavini Yeganə müəllimə həyata keçirir. Məktəbdə kütləvi narazılıq hökm sürür
Məktəbin birinci siniflərinə şagird qəbulu kütləvi qanun pozuntuları ilə müşayət olunub. Belə ki, direktor müəyyən maraqlar çərçivəsində şagirdləri özünə yaxın olan müəllimlərin siniflərinə yönəldir.
Məktəbin inventarlarının çoxu yoxdur. Direktor təsərrüfat işləri üzrə müavini ilə əlbir olaraq inventarları satır. Bufet də onun nəzarətində işləyir.
Məktəbdə çoxlu adı olub özü olmayan ştatlar var. Həmin işlərə direktorun yaxınlarının adı yazılır, kartları isə Sevinc xanımın cibində olur. Hər ay onların adına yazılan külli miqdarda vəsait direktor tərəfindən mənimsənilir.
Öz bacısı diplomu olmadığı halda məktəbdə şahmat dərsləri deyir.
Məktəbdə baş verən qanunsuzluqlardan şikayət edəndə isə direktor hamını əmisi Mirzəcan Xəlilovla qorxudur.
Bilmirik M.Xəlilov məktəbin direktorudur,yoxsa Təhsil naziri?
Hörmətli Emin müəllim!
Sabirabadda 1 saylı tam orta məktəbdə təhsil adına böyük bir rəzalət yaşanır. Məktəbin direktoru təhsil ocağını biznes sahəsinə çevirərək öz bildiyini edir. Xahiş edirik məsələyə təcili müdaxilə edəsiniz. İnanırıq ki,bizim səsimizi eşidəcək, Azərbaycan təhsilini bu bəladan da xilas edəcəksiniz.”
Sənəm Əliyeva Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ